Sumqayıtda yanğın hadisəsi baş verib
PİA.AZ Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Sumqayıt şəhərində vətəndaşa məxsus "Hyundai" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 20:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.