Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sumqayıtda müğənnini və prodüserini döydülər - video


Sumqayıt şəhərində parkların birində müğənni ilə sakinlər arasında dava düşüb.


ANS TV xəbər verir ki, gecə saatlarında Sumqayıt şəhərində döyülərək təhqir edilmə faktı qeydə alınıb. Hadisə şəhərin Nəsimi əyləncə parkında baş verib. Belə ki, gənc müğənni Həmid Soltan öz prodüseri Sitarə xanımla attraksionlarda əylənmək məqsədilə parka gəlib. Onların sözlərinə görə, attraksiondan istifadə etməzdən öncə parkda xidmət edən şəxslər tərəfindən təhqir olunublar. Bundan sonra mübahisə davaya çevrilib.

Müğəninin dediyinə görə, parkın əməkdaşları sərxoş vəziyyətdə olub və onlara təhqiredici sözlər işlədərk ,əl qaldırıblar. Hadisə yerinə dərhal Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşları gəlib. Kiçik xəsarət alan Sitarə xanıma təcili tibbi yardım göstərilib. Müğənni hətta polis bölməsinə də müraciət edib. Artıq baş vermiş hadisə ilə bağlı Sumqayıt Şəhər 4-cü polis bölməsi həmin şəxslərin axtarışına başlayıb.

Elə ANS əməkdaşları da üz tutublar sözügedən parka. Ancaq çəkiliş apardıqları vaxt parkda xidmət göstərənlərin əksəriyyəti belə bir hadisənin orada çalışan əməkdaşlarla deyil, dincələn sakinlərlə baş veridyini söyləyiblər.

Hadisənin dəqiq kim və ya kimlər tərəfindən törədildiyi Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsində aparılacaq araşdırmalardan sonra məlum olacaq.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar