Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sumqayıtın peşə məktəblərində acınacaqlı vəziyyət hökm sürür


Sumqayıtda fəaliyyət göstərən peşə liseyləri bərbad vəziyyətdədi. Emalatxanalardakı avadanlıqlar istismar müddətini başa vurub.Tələbələrin dərsə davamiyyəti isə sıfıra bərabərdir


 Avadanlıqlar var ancaq istismara yararsız, tələbələr isə dərsə gəlmir.

Sumqayıtın peşə məktəblərində acınacaqlı vəziyyət hökm sürür. Sumqayıt şəhərində fəaliyyət göstərən 1 və 10 sayli peşə liseylərində özbaşınalıq, qanunsuzluq pik həddə çatıb. O səbəbdən də orada təhsilin səviyyəsi yox dərəcəsindədir. 10 saylı peşə liseyində şagirdlərin dərsə davamiyyəti demək olar ki sıfıra bərabərdir.  Tələbələrin adları var özləri yox. Bir müəllimə isə peşə məktəbində dərslərin keçirilməsini çətin hesab edir.
Apardığımız müşahidələr onu göstərdi ki, liseyə lazım olan texniki avadanlıqlar sıradan çıxıb. Düzünü desək istismar müddətini başa vurub. Tələbələrin köhnə, istifadəyə yararsız avadanlıqlardan yararlanması qeyri mümkündür

Liseyin emalatxanasında istismar müddəti bitmiş avadanlıqların olması bir yana heç düz əməlli müəllim heyəti də yoxdur. Bundan başqa sözügedən lisey çox baxımsız durumdadır. Liseydə müəllim-tələbə heyəti üçün lazımı şərait yoxdur. Qışda bu təhsil müəssisəsində dərslərdə oturmaq mümkün deyil. Şagirdlər  üşüdüklərinə görə otaqlarda üst geyimlərini çıxarmadan otururlar. Şagirdlərin əksəriyyətinin havanın soyuq olmasına görə dərsə gəlmədiyini deyən müəllimlərin tədris etdiyi fənlərdə heç də ürək açan deyil. Təsəvvür edin iki il ərzində tələbə yalnız  kompyuter proqramlarından Vord proqramından başqa heç nə öyrənə bilməyib. Bu bir faktdır ki, burada tədris olunan dərslərin də çoxusu keyfiyyətsiz keçirilir.
Sumqayıt şəhər 1 saylı peşə liseyində də eyni vəziyyət hökm sürür. Sözü gedən liseyinin direktoru  Hafiz Rzayev  bildirdi ki, dərsə davamiyyət 75 faiz olsa da ancaq mövcud problem tam başqadır. Peşə liseyinin maddi-texniki bazası dəzgahlar demək olar ki yoxdu. Son illərdə bu məktəbə bir neçə parta və stol-stuldan ibarət avadanlıq verilib. Təbii ki, bu halda uzun müddət təmir üzü görməyən peşə məktəbində bacarıqlı  sənətkarlar yetişə bilməz.

Hazırda Peşə liseyinin sinif otaqlarında qaçqınlar yaşayır. Bu liseyin də  maddi – texniki və tədris bazası müasir tələblərə cavab vermir, məktəb binaları əsaslı təmir edilməyib. Müəssisəyə texnika, avadanlıq, əyani və texniki vasitələr verilməsi ləngiyir. Tədris prosesinin kompyuterləşdirilməsi sahəsində vəziyyət qənaətbəxş deyil. Liseylərdə istiliyin olmaması vəziyyəti dahada ağırlaşdırıb.

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar