Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sumqayıtlı oliqarx nazirin qəbulunda şübhəli qara çantayla


Ağamirzə Əhədovun nazirlə həmin görüşündən sonra onun nəvəsi vəzifəyə təyinat alıb


Sumqayıtın ünlü oliqarxlarından biri, «Karvan İstehsalat Kommersiya Şirkəti» Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri Ağamirzə Əhədovla əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov arasında baş tutmuş sövdələşmənin detalları ilə başlı şok informasiyalar əldə etmişik.

Etibarlı mənbədən daxil olan məlumatda bildirilir ki, Səlim Müslümov nazir təyin olunana qədər  Ağamirzə Əhədovun Sumqayıt Əmək Müfəttişliyi ilə çox ciddi problemləri olub. Belə ki, sabiq nazir Füzuli Ələkbərovun zamanında 7 saylı Sumqayıt-Xızı regionu üzrə Dövlət Əmək Müfəttişliyinin sədri olan Şəfa müəllim Ağamirzə Əhədovun obyekti olan “Karvan” Ticarət Mərkəzində ciddi qanun pozuntuları aşkarlayıb. Belə ki, yoxlamalar zamanı işçilərlə əmək müqaviləsinin bağlanmaması, həmçinin sosial sığortaların yoxluğu aşkarlanıb. Ağamirzə Əhədovun bütün cəhdlərinə baxmayaraq o Şəfa müəllimlə heç cür dil tapa bilməyib. Amma elə bu ərəfədə Füzuli Ələkbərovun vəzifədən çıxarılması, yerinə isə Səlim Müslümovun təyin olunması Ağamirzə əhədov qarşısında yeni perspektivlər açıb.

PİA.AZ xəbər verir ki, nazirlikdəki etibarlı mənbədən SAVASH.ORG-a sızan məlumata görə, Səlim Müslümovun nazir təyin olunmasından bir qədər sonra Ağamirzə Əhədov onu təbrik etmək üçün yanına getmək niyyətinə düşüb. Nazirlə görüçə əlində iri bir qara çanta ilə gedən Ağamirzə Əhədov məhz bu görüşdən sonra illərdir ki, onu narahat edən problemin həllinə də nail olur. Belə ki, “Karvan” Ticarət Mərkəzində qanunsuzluqlar aşkarlamış və heç cür ipə-sapa yatmayan Şəfa müəllim vəzifəsindən uzaqlaşdırılır. Əvəzində isə həmin posta sumqayıtlı oliqarx Ağamirzə Əhədovun nəvəsi  Əhədov Aqşin Kamil oğlu təyinat alır.

Nəvəsini  7 saylı region üzrə DƏM-ə sədr təyin etdirməyi bacaran Ağamirzə Əhədov isə indi “Karvan”ı istədiyi kimi idarə edir.  Hazırda burada heç kimlə əmək müqaviləsi bağlanmır və Ağamirzə Əhədov sahibkar kimi öhdəsinə düşən öhdəliklərin yerinə yetirilməsindən imtina edir.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar