Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sumqayt sakinləri prezidentə müraciət edəcək


Bakı Dövlət Layihə İnstitutunun şifahi tapşırığı iş icraçısını qane etmədi


Fasadlama nəticəsində eyvanlarının ölçüləri kəskin şəkildə kiçildilən sakinlər ölkə başçısına müraciət etməyə hazırlaşırlar. Bu barədə PİA.AZ-a Sumqayıtdan daxil olan məlumatda bildirilir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun direktor müavini Şakir Eyvazov Sumqayıtda “Xruşşov” layihəli yaşayış binalarında aparılan şüşə konstruksiyalı fasadlaşma işləri nəticəsində qanuni eyvanları sökülən vətəndaşlara məsələnin müsbət yöndə həll olunacağını bildirsə də, həmin binalarda işi icra edən iş icraçısı bunun qeyri mümkün olduğunu bildirib. 

Şakir Eyvazov lazımi instansiyalar ilə danışıb məsələnin vətəndaşların xeyrinə həll ediləcəyini və bununla bağlı iş icraçısına müvafiq tapşırıq verəcəyini deyib. İş icraçısı isə öz növbəsində bildirib ki, təqdim olunan layihə əsasında iş gördüyünü və bu layihəyə İnstitut tərəfindən düzəliş edilməli və təsdiqlənməlidir. Layihənin dəyişdirilməsini əlavə maliyyə məsrəfləri ilə qarşılaşacağını deyən iş icraçısı rəsmi göstəriş olmadan layihədən kanar heç bir iş görə bilməyəcəyini qeyd edib. 
Fasadlama nəticəsində eyvanlarının ölçüləri kəskin şəkildə kiçildilən sakinlər ölkə başçısına müraciət etməyə hazırlaşırlar.  

Qeyd edək ki, Sumqayıt şəhərində Sülh prospektinin 36-cı məhəllə yerləşən hissəsində Xruşşov layihəli yaşayış binalarında aparılan şüşə konstruksiyalı fasadlaşma işləri vətəndaşlar arasında ciddi narazılığa səbəb olmuşdu.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar