Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində növbəti açıq dərs keçirilib

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Elektron lektoriya zalında Rayon İcra Hakimiyyətinin və Mərkəzin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda 2015-2016-cı tədris ilində sonuncu açıq dərs keçirilib


Açıq dərsdə rayonun 85, 114, 140, 270 və 280 nömrəli tam orta məktəblərinin 9-11-ci sinif şagirdləri iştirak etmişdir.

Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda açıq dərslər Suraxanı rayonu Heydər Əliyev Mərkəzində 2015-2016-cı tədris ilində ayda bir dəfə keçirilmiş  və rayonun bütün məktəblərini əhatə etmişdir. 
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə keçirilən rayon tədbirində açıq dərslərə yekun vurulacaq, fərqlənən müəllimlər və şagirdlər mükafatlandırılacaqlar.
Açıq dərsdə iştirak edən şagirdlər əvvəlcə Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanış oldular, Ulu Öndərin zəngin irsini, həyat və fəaliyyətinin müxtəlif dövrlərinin öyrənilməsi məqsədi ilə Mərkəzin 2-ci mərtəbəsində xüsusi fərdi səs sistemi olan oturacaqlar və plazma panellərlə təmin olunmuş 3 elektron auditoriyada Mərkəzin sifarişi ilə hazırlanmış “Əyilməz iradə” filmini izlədilər. 

Açıq dərs dövlət himninin oxunması ilə başladı. Dərsin mövzusunu elan edən Rayon İcra Hakimiyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov qeyd etdi ki, Azərbaycanın yarım əsrə bərabər dövrünü əhatə edən Heydər Əliyev epoxası tariximizə qızıl hərflərlə həkk olunmuş bir əbədiyyət dastanıdır. Milli dövlətçilik tariximizin əbədi şöhrətinə çevrilmiş Ulu Öndər Heydər Əliyev öz bəşəri əməlləri ilə qüdrətli dövlət xadimi və əvəzedilməz bir şəxsiyyət olduğunu dünya qarşısında nümayiş etdirmişdir. Ümummilli Liderimiz Heydər Əliyev özünü azərbaycanlı sayan hər bir kəsin qəlbində sadəliyi, səmimiliyi, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxıb. Bu dahi insanın adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olub. Ulu Öndərin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində Müasir Azərbaycanın bünövrəsi qoyulmuşdur. Ulu Öndər Heydər Əliyev Vətənini, millətini, dövlətini bütün varlığı ilə sevən insan idi. Vətəninin çiçəklənməsi, millətin yüksəlməsi, dövlətin inkişafı üçün nə mümkünsə etdi və Azərbaycanın müstəqilliyini əbədiliyə və dönməzliyə çevirdi.
Barxudar Barxudarov xüsusi vurğulamışdır ki, bu gün Azərbaycan dövləti, Azərbaycan xalqı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında gələcəyə, inkişafa doğru məhz Heydər Əliyevin təməlini qoyduğu yolla inamla irəliləməkdədir. Ötən 13 ilin siyasi-iqtisadi-sosial mənzərəsi göstərir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli Liderin siyasi kursunun varisliyini təmin edə biləcək alternativsiz siyasi lider olduğunu təsdiqləmiş, ictimai inamı tam doğrultmuşdur. Dövlət başçısının fəaliyyətinin üstün cəhəti məhz bundan ibarətdir ki, o, mövcud gerçəklikləri obyektiv şəkildə qiymətləndirməyi, milli maraqlar naminə cəsarətli addımlar atmağı, yaranmış ekstremal şəraitdə ən optimal qərarlar qəbul etməyi, ölkənin taleyüklü problemlərinə həssaslıqla yanaşmağı bacarır. 

Müasir Azərbaycan dövlətinin qurucusu olan, həyatını xalqına xidmətə həsr edən Ümummilli Lider Heydər Əliyevi daim qəlblərdə yaşadan, xatirəsini əbədiləşdirən, bu böyük insanın adının hər zaman dərin ehtiramla anılmasına səbəb olan amillərdən biri də Ulu Öndərin humanizm prinsiplərinə söykənən nəcib əməlləridir. Ümummilli Liderin bu nəcib əməllərini davam etdirən, onun milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılayan, amallarını rəhbər tutaraq fəaliyyət göstərən, ümumbəşəri mədəniyyətə, sülhə öz töhfələrini verən Heydər Əliyev Fondu UNESCOİSESCO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi altında ölkəmizin dünya miqyasında daha geniş spektrdən tanınmasında, qədim və zəngin mədəniyyətə, söz, muğam sənətinə malik xalqımızın milli dəyərlərinin qorunmasında və təbliğində mühüm rol oynayır.

Açıq dərsdə 280 nömrəli tam orta  məktəbin müəllimi Səidə Nəbiyeva “Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı”, 281 nömrəli tam orta  məktəbin müəllimi Flora Osmanova “Nitq mədəniyyətinin inkişafında Heydər Əliyevin rolu”, 114 nömrəli tam orta  məktəbin müəllimi Fatimə Zülfüqarova “Heydər Əliyev Müstəqil Azərbaycan Respublikasının qurucusudur”, 226 nömrəli tam orta  məktəbin müəllimi Təranə Cəbiyeva “Heydər Əliyev və Müasir Azərbaycan Mədəniyyəti”, 97 nömrəli tam orta  məktəbin direktoru Solmaz Səfərova “Heydər Əliyev - dünya miqyaslı siyasətçi” mövzularında dərs dedilər. 

Açıq dərsdə mövzular xüsusi hazırlanmış animasiya, foto, video materiallarla şagirdlərin diqqətinə çatdırılmışdır. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar