Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suraxanı rayonu Heydər Əliyev mərkəzində dərslərə start verilib


Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Ulu Öndər Heydər Əliyev və
müasir Azərbayan tarixi” mövzusunda açıq dərslərin keçirilməsinə start verildi


Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti 2014-2015-ci tədris ili üçün Suraxanı rayonunda yerləşən 280, 146, 290, 208 və 89 nömrəli tam orta ümumtəhsil məktəblərinin IX, X, XI sinif şagirdlərinə Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyev irsinin  çatdırılması məqsədi ilə “Ulu  Öndər Heydər Əliyev və müasir  Azərbayan tarixi” mövzusunda ayda bir dəfə açıq dərslərin başlanmasına start verildi.

     Şagirdlər əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında yerləşən Ulu Öndərin abidəsini  ziyarət edərək abidənin önunə gül dəstələri qoymuşlar. Sonra Heydər Əliyev Mərkəzi ilə tanış olaraq, Ulu öndərin həyat və fəaliyyətini əks etdirən  ekspanatlarla tanış olmuşlar.  

 Heydər Əliyev Mərkəzinin elektron lektoriya zalında  103 şagirdin iştirak etdiyi tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova bildirdi ki, 1969-cu ilin iyulundan 1982-ci ilin noyabrınadək olan dövr Azərbaycan xalqı tarixində xüsusi bir mərhələ təşkil edir. Bu dövr görkəmli dövlət xadimi, milli lider, müasir Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin SSRİ dövlətinin mövcud olduğu zaman Azərbaycan SSR-ə rəhbərlik etdiyi illəri əhatə edir. Məhz bu illərdə Azərbaycan SSR-də H.Ə.Əliyevin rəhbərliyi altında müasir Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi yaşaması üçün əsaslar yaradılmış və milli tarixşünaslıqda bu dövr xüsusi tədqiqat problemi hesab edilir.

1993-cü il oktyabrın 3-də Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin daxili və xarici siyasətində əsaslı dönüşün başlanmasına səbəb oldu. Azərbaycan xalqı Milli liderinə böyük inam bəsləyərək onun rəhbərliyi altında erməni faşizminə qarşı mübarizə qalxdı. Ölkənin iqtisadiyyatında struktur dəyişiklikləri getdikcə geniş miqyas aldı. Bütün bunların başlıca istiqamətləri dövlət müstəqilliyinin özəlləşdirilməsi, aqrar islahatların həyata keçirilməsi və sahibkarlığın inkişaf etdirilməsi idi. Bu istiqamətlərin inkişafı məqsədilə Prezident Heydər Əliyev tərəfindən imzalanan fərman və sərəncamlar ümumi iqtisadi inkişafa hüquqi zəmin yaratmış oldu. Həyata keçirilən hüquqi və iqtisadi islahatlar ölkə daxilində geniş miqyasda sosial-iqtisadi siyasət yeritməyə, respublikanın hərbi qüdrətini artırmağa və onun beynəlxalq mövqelərinin möhkəmlənməsinə şərait yaratdı

2003-cü ilin oktyabrında İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin siyasi sosial-iqtisadi və mədəni tarixində yeni mərhələnin başlanğıcı olduğunu bildirdi.

Daha sonra 280, 146, 290, 208 və 89 saylı tam orta məktəbin tarix müəllimləri mövzu ətrafında şagirdlərə slaydlar nümayiş etdirməklə ətraflı məlumat verdilər.

Suraxanı rayon Heydər Əliyev Mərkəzində start götürən açıq dərslərə 10 may 2015-ci il Ulu Öndərin doğum günündə yekun vurulacaq.



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar