Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suraxanıda növbəti səyyar görüş keçirildi


25 iyul 2014-cü il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun sakinlərlə növbəti səyyar görüşü olub


PİA.AZ xəbər verir ki, səyyar görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev iştirak edib.

 Rayon İcra Hakimiyyəti başçısının sakinlərlə mütəmadi səyyar görüşləri keçirilir, onların təklif və rəyləri dinlənilir, qarşılaşdıqları problemlərin qısa zamanda aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. 2014-cü ilin 1-ci yarımilliyində 1333 nəfər sakinin  iştirakı ilə 19 səyyar görüş-qəbul keçirilib.

Növbəti səyyar görüş Qaraçuxur qəsəbəsində 4048-ci məhəllədə 3, 10, 14 saylı binaların həyətində  keçirilib. Sakinlərlə keçirilən növbəti görüşə gələn rayon rəhbəri məlumat verb ki, qəbul edilmiş müxtəlif dövlət proqramlarının uğurlu icrası  nəticəsində abadlıq-quruculuq, yenidənqurma işlərinin sürətlənməsi, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin yaxşılaşması istiqamətində bir sıra mühüm nailiyyətlər əldə edilmiş, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, yeni məktəb, uşaq bağçası, poliklinikaların tikintisi, mövcud olanların əsaslı təmiri və müasir avadanlıqla təzhizatı sahələrində çox vacib və əsaslı sosial infrastruktur layihələri həyata keçirilib.

"2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Suraxanı rayonu üzrə 51, ümumərazi inkişaf üzrə 3 tədbir nəzərdə tutulub, onların 17-nin icrasına başlanılıb, başlanılan tədbirlər proqramın 31,5 faizini təşkil edib. 

Dövlət Proqramına əsasən bu dövr ərzində 850 p.m. yeni su borusu çəkilmiş, 27 ədəd siyirtmə dəyişdirilib, 7524 ədəd yeni su sayğacı quraşdırılıb, görülmüş tədbirlər nəticəsində 69,9 min abonentin 26,5 mini, yəni 38,0 faizi 24 saat fasiləsiz su ilə təmin edilib. 

Rayonun elektrik enerjisi şəbəkəsində 3 Kompleks Transformator Məntəqəsi quraşdırılıb, 8 məntəqədə güc transformatorları daha güclü transformatorlarla əvəzlənib, 3190 p.m. kabel xətti, 5140 p.m. naqil çəkilmiş, 0,4 kilovolt şəbəkənin SİP xətləri ilə qurulması işi davam etdirilib. 

Qaz təchizatının yaxşılaşdırılması işləri davam etdirilib, 597 p.m. yeni qaz xətti çəkilib, 825 ədəd "Smart-kart" tipli elektron qaz sayğacı quraşdırılıb, 1170 ədəd mexaniki qaz sayğacı yeni "Smart-kart" tipli elektron qaz sayğacı ilə əvəzlənib, 4 ədəd yeni tənzimləyici quraşdırılıb, istismar müddəti bitmiş siyirtmələrdən 12 ədədi yenisi ilə əvəz edilib. 

Dövlət Proqramı əsasında rayonda görülməsi nəzərdə tutulmuş işlərin icra vəziyyəti icraçı idarə və təşkilatların rəhbərlərinin iştirakı ilə mütəmadi müzakirə edilir, müşavirələr keçirilir, qarşıya çıxan problemlərin həlli yolları müəyyən olunur.

İlqar Abbasov sakinlərin diqqətinə çatdırıb ki, cari ildə Abbasqulu Ağa Bakıxanov adına parkda geniş abadlıq işləri həyata keçirilib, burada sakinlərinin istirahəti, uşaqların əylənməsi üçün əlverişli şərait yaradılıb, Abbasqulu Ağa Bakıxanovun parkda büstü qoyulub. 

Rayon ərazisində 9 yerdə abad məhəllə salınıb ki, bugünkü səyyar görüşümüz onlardan birində keçirilir. Abad məhəllələrdə sakinlərinin istirahəti üçün hər cür şərait yaradılıb. Yeni Günəşli parkının salınması işləri davam etdirilir, Qaraçuxur qəsəbəsində Neftçilər parkının əsaslı təmirinə dair layihə-smeta sənədləri hazırlanıb, bu yaxınlarda əsaslı təmir işlərinə başlanılacaqdır.

Səyyar görüşdə sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi və onların həlli RİH rəhbərliyi tərəfindən nəzarətə götürüldü.

Görüşdə 400-ə yaxın sakin və RİH başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri iştirak edib. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar