Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suraxanıda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib


Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 19 oktyabr 2014-cü il tarixdə Suraxanı rayonu Qaraçuxur qəsəbəsinin Yeni Günəşli yaşayış sahəsində yerləşən Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlar üçün Reabilitasiya Mərkəzində “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib


Tədbiri giriş sözü ilə açan Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova qeyd etdi ki, ənənəvi olaraq hər il 20 oktyabr-20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda  “Uşaq hüquqları aylığı” elan edilir. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır.   
       
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan Hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda uşaq hüquqlarının müdafiəsi ilə bağlı müddəalar təsbit olunmuş və uğurla həyata keçirilir.
Bu sahə ölkə rəhbərliyinin diqqətində olan və qayğı göstərilən sahələrdən biridir.

Bunun bariz nümunəsi rayonun Qaraçuxur qəsəbəsinin Yeni Günəşli yaşayış sahəsində Heydər Əliyev Fondunun Prezidenti YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri, Millət vəkili  Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun inşa etdiyi ən müasir avadanlıqlarla təciz olunmuş Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlar üçün Reabilitasiya Mərkəzidir. Burada cəmiyyətə adaptasiyası məqsədi ilə müalicəyə cəlb olunmuş uşaqların problemləri diqqətdə saxlanılır. 
Tədbirdə çıxış edənlər Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman aparatının məsul işçisi Müqalib Mahmudov, “Oriqami” Uşaq və Yeniyetmələr İctimai Birliyinin sədri Namiq Nəcəfov dövlətimiz tərəfindən bu sahəyə olan diqqət və qayğıdan, bu problemlə məşğul olan qeyri-hökumət təşkilatlarına, tibbi müəssisələrinə,  reabilitasiya mərkəzlərinə və digər qurumlara yaradılan şəraitdən və bütün müsbət təşəbbüslərin dəstəkləndiyindən danışdılar.

Tədbirdə Suraxanı rayon 37 saylı Musiqi məktəbinin kollektivi xüsusi olaraq uşaqlar üçün hazırlanmış rəngarəng proqramla çıxış etdilər. 
Tədbir iştirakçıları Mərkəzdə uşaqların davranışın korreksiyası məqsədi ilə mövcud olan metodikalardan effektivliyini artırmaq üçün  fizio-əmək terapiyası, loqopediya və digər müalicə üsullarının tətbiq edildiyi xüsusi otaqları gəzdilər və uşaqların spesifik xüsusiyyətlərinə görə aparılan müalicə üsulları ilə tanış oldular.

Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim edildi.



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar