Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suraxanıda “erkən nikah və onun fəsadları” mövzusunda tədbir keçirilib


Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2011-ci il tarixli 1578 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008 - 2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə əlaqədar Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 23 oktyabr 2014-cü il tarixdə Suraxanı rayonu Gənclər Evində “erkən nikah və onun fəsadları” mövzusunda tədbir keçirilmişdir


Tədbiri giriş sözü ilə açan Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova tədbir iştirakçılarını salamlamış, bu növ tədbirlərin keçirilməsinin əhəmiyyətindən söz açmış,  tədbirin əsas məqsədinin erkən nikah hallarının yaratdığı fəsadlar haqqında cəmiyyətin müxtəlif təbəqələrinin məlumatlandırılması və erkən nikah hallarının qarşısının alınmasından ibarət olduğunu bildirmişdir. Eyni zamanda aidiyyəti dövlət qurumlarının erkən nikah hallarına qarşı birgə fəaliyyətinin önəmli olduğunu bir daha vurğulamışdır. 

Tədbirdə çıxış edən qonaqlar: tibb elmləri doktoru, professor Rəşid Mahmudov, Ombudsman Aparatının Protokol Xidmətinin rəhbəri Yeganə Cəfərova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov erkən nikah hallarının cəmiyyət üçün yaratdığı fəsadlardan, bu cür halların gənc qızların təhsildən yayınmasına və səhhətlərinə birbaşa təsirindən söhbət açmış, valideynləri məlumatlı olmağa və bu istiqamətdə maariflənməyə səsləmişlər. 

Çıxışlardan sonra tədbirdə iştirak edən rayon Daxili İşlər Orqanlarının, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın nümayəndələri və gənclərlə müzakirələr aparılmış, müvafiq təkliflər dinlənilmişdir. Sonda tədbir iştirakçılarına Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən nəşr olunmuş maarifləndirmə vəsaitləri paylanılmışdır.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar