Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suriya böhranı Qarabağ üçün şans pəncərəsi açır


Vazkeçilməz “Türkiyə nəfəsliyi” Moskvanı Qarabağ məsələsində də Ankara ilə bir araya gətirə bilər; Türkiyə və Rusiya məsələdə gizli sövdələşməyə getsə belə, bu, ölkəmizin ziyanına olmayacaq, çünki...


Suriya böhranı beynəlxalq gündəmin, böyük güclərin əsas mövzusu olaraq qalır. Situasiyanın özəlliyi ondadır ki, İŞİD terroru ilə birgə bu böhran dünyanı az qala ikiyə bölüb, dəyərlər savaşına çevrilib və bu üzdən onun necə yoluna qoyulacağı olduqca böyük coğrafi məkandakı situasiyaya, o cümlədən digər qaynar və dondurulmuş münaqişələrin həllinə təsir edəcək.

Bu sırada təbii ki, üçüncü on ildir tüstülənən və istənilən an yeni müharibə fazasına keçə biləcək Dağlıq Qarabağ konflikti də var. Bir sıra xarici analitiklər də o qənaətdədir ki, Qarabağ məsələsi regionda və dünyada gedən əlverişli proseslərin, ələlxüsus da Suriya böhranının nizamlanması fonunda çözüm şansı qazana bilər - bir şərtlə ki, Dağlıq Qarabağ ixtilafına cəlb olunmuş regional və qlobal güclər yetərli siyasi iradə ortaya qoysun.

Rusiya və Türkiyə heç şübhəsiz ki, konfliktin aradan qaldırılmasına böyük töhfə verə bilər. Öncəliklə də Moskvanın məsələdə imkanları böyük olaraq qalır. Lakin iş ondadır ki, hazırda Türkiyə, ABŞ kimi  Rusiyanın da əsas diqqəti Suriyaya yönəlib. 

Bəllidir ki, Kreml Suriya böhranının uzunmüddətli həllində aparıcı faktorlardan birinə çevrilməyə can atır. Bu isə ona həm də postsovet məkanında mövcud olan münaqişəli zonalar (Donbas və Ukrayna, Abxaziya və Cənubi Osetiya, Dağlıq Qarabağ və s.) üçün mühüm kart-blanş əldə eləməkdən ötrü vacibdir.

Yəni Suriyadan sonra Moskvanın Qərblə, hətta qardaş Türkiyə ilə postsovet məkanı ilə bağlı siyasi bazarlıq cəhdlərinin gündəmə gələcəyi mümkün görünür. Bu üzdən Kreml az qala bütün hərbi, siyasi-diplomatik gücünü Suriya böhranından uğurla çıxmağa yönəldib. Suriya ondan ötrü indi bir növ ölüm-olum məsələsinə çevrilib. 

*****
Artıq beynəlxalq çaplı təhlilçilər də Yaxın Şərqdəki əsas münaqişənin başqa münaqişələrin həllində “məhək daşı” ola biləcəyini istisna eləmirlər. O sırada ABŞ-ın nüfuzlu “beyin mərkəzləri”ndən olan RAND korporasiyasının eksperti Ketlin Ridi Suriya münaqişəsi kontekstində Dağlıq Qarabağ probleminin həll perspektivlərinə dair maraqlı şərh verib.
Analitik 1in. am saytına müsahibəsində deyib ki, Suriya böhranının Cənubi Qafqaza, o cümlədən Dağlıq Qarabağ probleminə təsiri məsələsində bir neçə ssenari nəzərdə tutula bilər. Onun fikrincə, Suriya konfliktinin diplomatik yolla həlli Cənubi Qafqazla bağlı ən müsbət variant hesab oluna bilər (modern.az).




Sitat: “Ən müsbət variant Suriya məsələsində diplomatik həllə nail olmaqdır. Suriyada təhlükəsizlik və sabitlik məsələləri ətrafında Türkiyə və Rusiyanın əməkdaşlığı üçün yeni presedent yaranacaq. Ankara və Moskva ATƏT-in Minsk Qrupunun yerdə qalan üzvləri ilə pərdəarxası sövdələşməyə gedə bilər. Söhbət Qarabağ probleminin birdəfəlik həlli yönündə Azərbaycana və Ermənistana təzyiqi artırmaqdan gedir”.




Ekspert daha sonra qeyd edib ki, bununla da Ankara və Moskva öz strateji maraqlarına əsaslanaraq regional güc olmaq istəyir. “Lakin nəzərə almaq lazımdır ki, Rusiya və Türkiyənin maraqları Suriyada toqquşur. Rusiya orada öz limanlarının möhkəmləndirilməsinə fokuslanıb, Türkiyə isə sərhədlərinin təhlükəsizliyi ilə məşğuldur. Bu iki ölkənin Suriyadakı maraqları ciddi şəkildə fərqlənir. Bu da Cənubi Qafqazda kök salmağa, hansısa ümumi məqsədə nail olmağa imkan vermir. Əslində Rusiya və Türkiyə başqa bölgələrdə vəziyyəti gərginləşdirmək üçün bu regionda öz addımlarını ata bilər. Belə olarsa, Suriya probleminin Cənubi Qafqaza təsir etməsi vacib deyil. Ancaq bu iki region daha böyük oyunun tərkib hissəsi ola bilər” - əlavə edib analitik.




*****
Sözsüz ki, Dağlıq Qarabağ məsələsində Türkiyə-Rusiya əməkdaşlığı həlledici amilə çevrilə, bölgənin ən üzücü konfliktinin yoluna qoyulmasını tezləşdirə bilər - hansı əməkdaşlıq ki, son zamanlar işğalçı Ermənistanı haqqına narahat edir. Ancaq əfsuslar olsun ki, Suriya məsələsində toqquşan maraqlar bu əməkdaşlığı daha əlçatmaz edib. 




Hərçənd Suriya böhranından qabaq Moskva Ankara münasibətdə oxşar fürsəti qaçırmışdı: Kremlə qarşı Qərbin tətbiq etdiyi sanksiyalara Türkiyənin qoşulmaması nəticəsində Moskva ilə Ankara arasında yaranan unikal, hətta tarixi şans nəzərdə tutulur. 

Təəssüf ki, şimal qonşumuz bunu adekvat dəyərlədirib, ikitərəfli münasibətləri dərinləşdirmək üçün gərəkən addımlar atmadı, o cümlədən Qarabağ məsələsində heç bir real təşəbbüs göstərmədi - rəsmi Bakı, üstəlik, Avropa Birliyi ilə bağlı mütəmadi şəkildə Kremlə mesajlar göndərsə də, reveranslar eləsə də. 

Nə qədər qəribə də olsa, bu fürsət hələ tam itirilməyib. Hər halda, Rusiyaya qarşı sanksiyalar qalır və Krıma görə uzun müddət onun üzərindən götürülməyəcək. Demək, Rusiya üçün böyük “Türkiyə nəfəsliyi”nin əhəmiyyəti də artacaq ki, azalmayacaq...

***** 
Dağlıq Qarabağa dair hansısa həll variantı naminə münaqişə tərəflərinə təzyiqlərə gəlincə, gerçəkdən də Kremlin İrəvana, Ankaranın isə Bakıya təsir imkanları məlum səbəblərdən böyükdür. Lakin qardaş ölkənin rəsmiləri, onun prezidenti, baş naziri dəfələrlə və birmənalı bəyan ediblər ki, işğal edilmiş Azərbaycan torpaqları qeyd-şərtsiz azad edilməli, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri bərpa olunmalıdır. 




Türkiyə rəsmiləri onu da xüsusi vurğulayıblar ki, Qarabağ problemi Türkiyənin də problemidir və bu məsələ ədalətli şəkildə həllini tapmayana qədər Ermənistanla sərhədlər açılmayacaq. AKP iqtidarı, prezident Rəcəb Tayyib Ərdoğan 13 ildir eyni kursa sadiqdir və bu kursun Azərbaycanın ziyanına dəyişə biləcəyinin heç bir əlaməti ortada yoxdur. Eləcə də qardaş ölkədəki digər ciddi siyasi güclər eyni mövqenin daşıyıcısıdır.   

Türkiyənin Azərbaycanın maraqları hesabına Rusiya ilə Qarabağ məsələsində sövdələşməsi istisnadır. Rəsmi Ankara buna getməz, Azərbaycanı satmaz. Bədnam Sürix protokollarının aqibəti görkdür. Getmək istəsə belə, Türkiyə toplumu imkan verməz. 

Kəsəsi, Suriya nizamlanmasından sonra və ya onun fonunda Türkiyə ilə Rusiya arasında Qarabağa görə gizli sövdələşmə olsa belə, bu, yalnız Azərbaycanın xeyrinə işləyəcək sövdələşmə ola bilər, çünki arada Türkiyəmiz var.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar