Suriya ordusu Hələbin şərqindəki Suran kəndini İŞİD-dən təmizləyib
Musavat.com xəbər verir ki, bu barədə məlumat “Reuters” agentliyində yer alıb.
Məlumata görə, Suran kəndini təmizləməkdə Suriya ordusuna müttəfiq qüvvələr kömək edib.
Bildirilir ki, Suriya ordusu digər bölgələrə də tədricən yaxınlaşır. Suran kəndi ilə Əl Bab arasında 16 kilometr məsafənin olduğu qeyd edilir.
pia.az