Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suriya yeni müharibənin astanasında

Türkiyə ordusu və dəstək qüvvələri Tel Rıfatda YPG-yə 48 saat vaxt verdi, Vaşinqton qarışmasa yeni savaş qaçılmaz olacaq


Avqustun 24-də başlayan “Fırat Kalkanı” əməliyyatı çərçivəsində Türkiyə ordusunun dəstəyi ilə “Azad Suriya Ordusu” və digər silahlı birliklər cənub və qərbə doğru irəliləməkdə davam edir. Cerablus-Azez xətti arasındakı 90 kilometrlik kritik bölgəni ələ keçirməyə çalışır. 

Məsələ burasındadır ki, Türkiyə ordusunun başlatdığı “Fərat qalxanı” əməliyyatının əsas hədəfi Türkiyə sərhədlərinin təhlükəsizliyini qorumaq, İŞİD və PYD/YPG qruplaşmasını (kürdlər) sərhəddən geri oturtmaq və kürdlərin Fəratın sol sahilindən çıxarmaq idi. Bu səbəbdən də Türkiyə ordusu Menbicə hücum edərkən YPG geri çəkilərək bölgəni təhvil vermişdi. Bu səbəbdən də kiçik toqquşmalar istisna olmaqla Türk ordusu və dəstək qüvvələri ilə YPG arasında ciddi qarşıdurma olmamışdı.

Ancaq indi məlum olur ki, YPG Suriyanın qərbində Afrin-Azez (90 km) bölgəsində geri çəkilmək niyyətində deyil. Türkiyənin “Sözcü” qəzetinin yazdığına görə, YPG birləşmələri Türkiyənin Kilis şəhəri istiqamətində Afrindən əl-Bab şəhərinə doğru hərəkətə başlayıb. O da bildirilir ki, hazırda YPG-nin əlində olan Tel Rıfatda böyük toqquşma ola bilər. Türkiyə ordusunun dəstəklədiyi ASO kürdlərin 48 saat ərzində Tel Rıfatı tərk etməsini tələb edib. 
Ancaq belə görünür ki, bu dəfə toqquşma qaçılmaz olacaq. Çünki Tel Rıfat Afrinə doğru ən böyük şəhərdir və YPG-nin ordan çəkilməsi faktiki olaraq Afrin yolunu açır və Suriyanın şimal-qərbində Hələbin şimalında kürdlərin əraziləri itirməsi anlamına gəlir. Bu səbəbdən də Tel Rıfatda toqquşmanın qaçılmaz olacağı görünür. 

Yalnız bir halda, ABŞ-ın işə qarışması ilə tərəflər arasında hansısa anlaşma əldə oluna bilər. Daha əvvəl Membic əməliyyatında kürdlərlə Türkiyə ordusunun toqquşmasını yalnız son anda Amerika hökuməti, daha dəqiqi hərbi komandanlıq əngəlləmişdi. Və Ankaranın israrlı tələblərindən sonra kürdlər geri çəkilmişdi. Ancaq indi kürdlərin rahat geri çəkilməsi o qədər də real deyil. Çünki YPG və kürd siyasi rəhbərliyi son illərdə Suriyanın şimalında bir sıra əraziləri ələ keçrimək üçün çalışıb. Bu ərazilərin bir çoxu İŞİD-lə ağır qanlı savaşlar nəticəsində ələ keçirilib. 

Digər tərəfdən, PYD rəhbərliyi ABŞ ordu komandanlığının dəstəyi ilə Suriyanın şimalında 3 kürd kantonunda (əyalət) nəzarəti tamamən ələ keçirib, eyni zamanda 2014-cü ilin əvvəlində İŞİD-in Suriyanın şimalında digər islamçı qruplarla savaş başlatdıqdan sonra ələ keçirdiyi əraziləri sonradan həmin ilin sonlarında YPG-ABŞ koalisiyasının hava dəstəyi ilə nəzarətə götürüb. Ötən il xüsusilə fəallaşan kürd gücləri daha bir əyalət ələ keçirib və Suiryanın şimalında muxtariyyət elan edib. Daha sonra isə Suriya Demokratik Qüvvələri yaradan kürdlər digər etnik qrupları da öz ətrafında birləşdirərək İŞİD-ə qarşı mübarizə adı ilə Suiryanın şimalında, xüsusən də Türkiyə sərhədi boyunca əraziləri tutub. Bu ilin əvvəlində isə PYD Suiryanın şimalında 4 kantonu birləşdirərək federasiya yaradacaqlarını və yeni qurumun konstitusiyasını elan edəcəyini bəyan edib. 

Bu gəlişmələr Ankarada ciddi narahatlıq doğurub. Türkiyə hökumətinin Suriyadakı prioriteti Əsədin getməsi deyil, Suriyanın ərazi bütövlüyü və kürdlərin Türkiyə ilə sərhəddə muxtariyyət yaratmasına qarşı mübarizə olub. Türkiyə ordusunun Suirya ərazisinə daixl olmasının əsas səbəblərindən biri də sərhədlərində ikinci bir kürd muxtariyyətinin yaradılması təhlükəsi idi. Ankarada hesab edirlər ki, PKK-nın müttəfiqi olan PYD-nin Suriyada faktiki olaraq hakimiyyət qurması ölkə ərazisində separatizm fəaliyyətlərini qızışdıracaq. 

Yeri gəlmişkən, Türkiyənin “Fırat Kalkanı” əməliyyatı ilə eyni zamanda Suriya hökumət qüvvələri və Rusiya ordusu Hələbin təmizlənməsi əməliyyatlarına başlayıb. Ancaq Hələbdə müqavimət göstərən silahlılar şəhəri tərk etməkdən imtina ediblər. BMT-nin məlumatına görə, şəhərin bəzi məhəllələrində möhkəmlənən silahlıların sayı 900 nəfərə yaxındır. BMT Suriya təmsilçisi Stefan de Mistura silahlıların Hələbdən çıxarılmasına şəxsən təminat versə də, onlar şəhəri tərk etməkdən imtina edir. 

Bəzi ekspertlərə görə, Suriyada Rusiya və Türkiyə arasında əməliyyat razılaşması olub. Ruslar Hələbin hökumətin nəzarəti altına keçməsi qarşılığında sərhəd bölgələrindən kürdlərin təmizlənməsində Türkiyəyə maneə yaratmamaqla bağlı razılaşıb. Məsələ ondadır ki, indi Türkiyə üçün Hələbdən daha çox Suriyanın Türkiyə ilə sərhəd əraziləri daha mühümdür. Rusiya isə ölkənin ikinci böyük şəhəri olan Hələbin yenidən hökumətin nəzarətinə keçməsi üçün güzəştə getməyə razılıq verib. Üstəlik, son illərdə kürdlər faktiki olaraq ABŞ Müdafiə Nazirliyi ilə əməkdaşlıq edib və müəyyən mənada kürdlərin separatçı fəaliyyəti indi Dəməşqi də qane etmir. Bununla da müəyyən mənada hər iki tərəfi indiki etapda qane edən bir vəziyyət yaranıb. 

Ancaq Türkiyə ordusunun cənuba və qərbə doğru irəliləməsi gec-tez kürdlərlə toqquşmanı labüd edir. Kürdlərin açıq savaşda Türkiyə ordusuna qalib gəlməsi mümkün olmasa da, Suriya kimi tamamilə dağılmış, infrastrukturu məhv olmuş xaraba bölgədə yerli savaşçı qruplara qarşı mübarizə aparmaq nizami ordu üçün çətin olacaq. Bu cür vəziyyətlərdə bir qayda olaraq nizami ordular yerli kiçik müqqvimət qruplarına qalib gələ bilmir, qalib gəlsə belə, ağır itki verir. Məhz bu səbəbdən də gözlənilən ağır şərtləri nəzərə alaraq Türkiyə ordusu müttəfiq yerli silahlı birləşmələrlə birlikdə hərəkət edir. Birbaşa savaşlara ilk olaraq məhz bu cür silahlı qruplar qatılır. Tel Rıfatda da yəqin ki, qarşılaşan qüvvələr ASO və YPG olacaq, ancaq savaşın uzanması əlavə qüvvələrin, o cümlədən Türkiyə ordusunun ağır, uzun sürən savaşa qatılmasına səbəb ola bilər.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar