Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suriyada Qarabağın da taleyi həll olunur

Rusiyanın Yaxın Şərqdə özünü hegemon güc kimi təsdiqləmək planı həm də postsovet məkanındakı münaqişələrdə həlledici söz sahibliyini saxlamağa yönəlib; “Stratfor”: “Bakı Qarabağı qaytarmaq üçün Kremllə anlaşa bilər...”


Rusiyanın qəfildən Suriyaya hərbi müdaxilə eləməsi, heç şübhəsiz, ilk növbədə özünün superdövlət imicini və itirilmiş qüdrətini qaytarmağa hesablanıb. 

Kreml ABŞAvropanı belə bir fakt qarşısında qoymaqla təbii ki, qlobal və regional siyasətdə fövqəlgüc statusundan doğan strateji üstünlükləri də geri almağa səy edir.

Söhbət həmçinin Ukrayna (Donbas) münaqişəsi də daxil, postsovet məkanındakı bütün etnik-ərazi konfliktlərində hamının hesablaşdığı həlledici söz sahibliyini, hegemon statusu bərpa eləməkdən gedir. Moskva bu istiqamətdə son vaxtlar siyasi-diplomatik fəallığını xeyli artırıb. Əsas diqqət yönələn bölgələrdən biri də Güney Qafqaz, daha doğrusu, Azərbaycan, Dağlıq Qarabağ məsələsidir. 

Bir sıra təhlilçilərə görə, Qarabağ mövzusunda Bakı ilə Moskva arasında artıq zondaj başlayıb. Hətta tərəflərin ilkin razılığa yaxın olduğunu iddia edənlər var. Vəziyyətin ciddiliyinə dəlalət edən məqamlardan biri də az öncə rusiyalı analitiklərdən birinin alman nəşrində dərc olunmuş və qalmaqal yaratmış məqaləsi sayıla bilər. 

Rusiya Suriyaya Dağlıq Qarabağdan yol axtarır” adlı yazıda müəllif iddia eləmişdi ki, Moskva Suriya əməliyyatı üçün “arxa cəbhə” kimi baxdığı Azərbaycanda 5 rayonun erməni işğalından azad olunması qarşılığında hərbi baza qurmaq niyyətindədir. Yəni belə qənaət hasil olurdu ki, rəsmi Moskva “bir güllə ilə iki dovşan vurmaq” məramı güdür: həm Suriya məsələsində yetərincə etibarlı və uğurlu mövqeyə can atır, həm də Qarabağ problemin vasitəsilə Cənubi Qafqaz bölgəsinin açar ölkəsini uzun müddətə özünə bağlamağa ümidlidir. 



Üçüncü yandan, hərbi əməliyyatların nəticəsi olaraq Suriya məsələsində Kremlin əsas oyunçulardan birinə çevrilməsi onu Dağlıq Qarabağ probleminin, Ukrayna böhranı və digər postsovet məkanı münaqişələrinin həllində Qərblə müqayisədə daha böyük söz sahibinə çevirə bilər ki, bu da ABŞAvropa Birliyini qane edə bilməz. Qərb Rusiyanın Suriya avantürasının fiasko olmasında ən əvvəl bu üzdən maraqlı görünür.     
  
            
Beləcə, Qarabağ düyününün açılması indi də Suriya konfliktinə cəlb olunmuş regional-qlobal güclərin, öncəliklə də ABŞ-Rusiya rəqabətinin sonucundan asılı duruma gəlib çıxıb. 

***
Proseslərə amerikalı analitiklərin baxış bucağı da diqqətçəkicidir. Məsələn, ABŞ-ın “kölgə kəşfiyyatı” sayılan “Stratfor” analitik mərkəzi enində-sonunda Bakı ilə Moskva arasında anlaşmanın baş tuta biləcəyini istisna eləmir.     

Azərbaycan Qarabağı qaytarmaq üçün Rusiya ilə anlaşa bilər”. Bunu qurumun strateji analiz üzrə vitse-prezidenti Riva Bhalla deyib. Xəbər verildiyi kimi, az öncə “Stratfor” Rusiyanın Qafqaz strategiyasına dair dərc elədiyi analizdə Azərbaycanla Rusiya arasında Qarabağa dair hansısa gizli sövdələşmə ehtimalından bəhs olunmuşdu. Orada iddia edilirdi ki, bu sövdələşmənin bir hissəsi kimi Qarabağda Rusiya sülhməramlıları yerləşdiriləcək, ətraf rayonlar Azərbaycana qaytarılacaq.



“Stratfor”un bu analizi geniş rezonans və müzakirələr doğurdu. İndi isə Riva Bhalla Ukrayna KİV-lərinə müsahibəsində Rusiyanın MDB məkanındakı köhnə münaqişələrin “donunu açması” ehtimalından danışır (virtualorg.az). Onun fikrincə, belə münaqişələrin “donunu açmaq” münaqişəni qızışdırmaq qədər asan deyil.

“Siyasi məqamın yetişməsi lazımdır. Məsələn, Dağlıq Qarabağ ətrafındakı situasiyaya nəzər salaq. Azərbaycan müxtəlif qonşularla balanslaşdırma üzrə ekspertdir -  xüsusən də Rusiya ilə Qərb arasında. Lakin keçmişə baxaq. Son aylarda Azərbaycan Rusiyaya daha yaxın olub. Və böyük sual budur ki, Moskva Bakı ilə hansı məsələdə anlaşmağa çalışır”, - deyə vitse-prezident bildirib. 

Onun sözlərinə görə, Azərbaycan öz ərazilərini geri qaytarmaq istəyir, ancaq bunu hansı yolla edəcək? “Bütün məsələ ondan ibarətdir ki, Azərbaycan Qarabağı qaytarmaq üçün hansı güzəştə gedəcək? Əgər söhbət hərbi münaqişəyə qədər gedib çıxacaqsa, o zaman Azərbaycan tək hərəkət etməyəcək. Ermənistan boş yerə narahat deyil ki, RusiyaAzərbaycan bu məsələdə anlaşa bilər” - analitik qeyd edib. 



Amerikalı ekspert onu da əlavə edib ki, Rusiya Güney Qafqazda möhkəmlənmək istəyir və onun Ermənistanla və Azərbaycanla kifayət qədər möhkəm münasibətləri var.

***
Şimal qonşumuzun Azərbaycana hərbi-siyasi cəhətdən qayıtmaq istəyi əlbəttə ki, təzə deyil. Moskva bu yolla Azərbaycanı öz orbitinə qaytarmaqla Güney QafqazXəzər hövzəsinə, deməli, buradan Qərbə istiqamətli enerji-kommunikasiya xətlərinə də nəzarəti qəti şəkildə ələ almağa çalışır. 



Ancaq bu da faktdır ki, rəsmi Bakı hələ ki Putinin hərbi-siyasi ittifaqlarında (KTMT, Avrasiya İqtisadi Birliyi, Gömrük İttifaqı) təmsil olunmaqdan bu günədək vaz keçib və həm Moskva, həm də qardaş Türkiyə ilə ikitərəfli hərbi-texniki əməkdaşlığa üstünlük verib. Qəbələ RLS-in qapadılması da eyni iradənin təzahürü sayıla bilərdi. 

Yeri gəlmişkən, Azərbaycanın mövcud konstitusiyası ölkə ərazisində xarici hərbi bazalar yaratmağı yasaqlayır. Lakin qanunlar Quran ayələri deyil, onları insanlar yaradır və cari maraqlara görə dəyişdirilə də bilər. Odur ki, xarici işlər naziri Elmar Məmmədyarovun təbirincə desək, gəlin, “heç vaxt heç vaxt” söyləməyək və “Stratfor”un da proqnozunu qəribçiliyə salmayaq. 

Ayrı sözlə, fors-major vəziyyətlərdən, situasiyanın diktəsindən doğan qəfil gedişlər tamamilə mümkündür, o cümlədən də Dağlıq Qarabağ məsələsində. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar