Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suriyadan kənarda Rusiya ilə İranın hərbi ittifaqının genişlənməsi mümkündürmü?


Politoloq: “Məlum qüvvələr İran-Rusiya tandeminin Suriyada zəfər qazanmasına imkan verməyəcək”


Zaur Məmmədov: “Regionda İranRusiya arasında hərbi yaxınlıq, Əsəd ordusunun qalib gəlməsi Vaşinqtonun maraqları ilə üst – üstə düşmür”

Xəbər verdiyimiz kimi Birləşmiş Ştatların Dövlət Departamenti Rusiyanın İrandakı hərbi-hava bazasından istifadə etməsini “təəssüf doğuran fakt” adlandırıb. Dünən ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner Rusiyanın İranın Həmədan şəhərindəki hərbi aeroportdan Suriyanı bombalamaq üçün istifadə etməsini BMT qətnaməsinin pozulması kimi dəyərləndirib. Dövlət Departamentinin rəsmidi qeyd edib ki, Rusiya hərbi təyyarələrinin Suriyadakı hədəflərə zərbə endirmək məqsədilə İranın Həmədan hərbi hava bazasından istifadə etməsini BMT Təhlükəsizlik Şurasının 2231 nömrəli qətnaməsinin pozulması kimi qiymətləndirilə bilər.Məsələ ilə bağlı  İran Milli Təhlükəsizlik Şurası bəyan edib ki, bu, Tehran və Moskvanın strateji əməkdaşlıq şəraitində beynəlxalq terrorla mübarizə aparmasının əyani sübutudur. Rusiyanın Müdafiə Nazirliyi isə bəyan edib ki, Həmədan hərbi bazasından qalxan Rusiya təyyarələri artıq Hələb şəhəri ətrafında “Nüsra Cəbhəsi” qruplaşmasının mövqelərinə zərbələr endirib.

Rusiya ilə İran arasındakı bu supriz hərbi əməkdalığı və ümumiyyətlə regionda son zamanlar baş verən bir neçə məslələrlə bağlı politoloq Zaur Məmmədov PİA.AZ-ın əməkdaşının suallarını cavablandırıb.


Zaur Məmmədov: “Suriyadan kənarda Rusiyaİran arasında ittifaq, nəinki Səudiyyə Ərəbistanı, Türkiyə üçün , həm də Azərbaycan üçün olduqca təhlükəlidir”.


PİA.AZ siyasi şərhçi, politoloq Zaur Məmmədovun gündəm mövzu ilə bağlı müsahibəsini oxucularının diqqətinə çatdırır:

- Zaur bəy, dünən ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner Rusiyanın İranın Həmədan şəhərindəki hərbi aeroportdan Suriyanı bombalamaq üçün istifadə etməsini BMT qətnaməsinin pozulması kimi dəyərləndirib. Rusiya ilə İran arasındakı bu supriz hərbi əməkdalığı necə dəyərləndirirsiz? 

-Son dəfə II Dünya müharibəsi zamanı, 1941-ci ildə Sovet hərbçiləri İranda idilər. Aradan on illər keçəndən sonra biz yenidən rus hərbçilərini İranda görürük. İş orasındadır kı, bu iki dövlətin geosiyasi maraqları hər zaman üst – üstə düşüb. Burda təəcüblənmək üçün səbəb yoxdur. Güman edilir ki, bu dəfə Həmədan ərazisindən istifadəyə razılıq prezidentlərin Bakı görüşündə əldə olunub. Təbii ki, Azərbaycan da bundan xəbərdar idi. Xatırlatmaq yerinə düşər ki, 1979 – cu ildə İranda baş verən islam inqilabından sonra Tehran öz ərazisində heç bir xarici silahlı qüvvələrin yerləşdirilməsinə, hərəkət etməsinə yol verməyib. Bu ilk dəfə baş verir. 

ABŞ-nın narahatlığı başa düşüləndir. Regionda İranRusiya arasında hərbi yaxınlıq, Əsəd ordusunun qalib gəlməsi Vaşinqtonun maraqları ilə üst-üstə düşmür. İran, Türkiyə kimi dövlətlərin qonşuluğunda xaos təbii ki, bu dövlətlərə sərf etmir və hər biri öz milli maraqlarına uyğun addımlar atmalıdır. Əslində ABŞ Suriyada sabitlik yarada biləcək tərəfdir. Lakin, hələlik bunu etmir.

-Suriyadan kənarda Rusiya ilə İranın hərbi ittifaqının genişlənməsi mümkündürmü və bu regiondakı hadisələrə necə təsir edə bilər?

-Suriyada İranRusiya hərbi ittifaqı uğur qazanacağı təqdirdə bölgədə sabitliyə gətirib çıxaracaq. Təbii ki, bunu bütün bölgə dövlətləri istəməlidir. Lakin, məlum qüvvələr İran-Rusiya tandeminin Suriyada zəfər qazanmasına imkan verməyəcəklər. 

Suriyadan kənarda Rusiyaİran arasında ittifaqa gəldikdə isə, bu nəinki Səudiyyə Ərəbistanı, Türkiyə üçün , həm də Azərbaycan üçün olduqca təhlükəlidir.

Zaur Məmmədov: “Hərbi müstəvidə Türkiyə-Rusiya heç bir məsələdə bir araya gələ bilməyəcəklər”.


- Rusiyanın Federasiya Şurasının beynəlxalq işlər üzrə komitəsinin üzvü İqor Morozov bildirib ki, Türkiyə Suriyada aparılan antiterror əməliyyatları zamanı Rusiyanın İncirlik aviabazasından istifadə etməsinə icazə verə bilər. Bu tipli bəyanatları ciddi qəbul etmək olarmı?

-Bunlar qeyri-ciddi bəyanatlardır. Türkiyə-Rusiya arasında münasibətlər iqtisadi sahədə genişlənə bilər. Çünki tərəflərin bir-birinə geoiqtisadi sahədə olduqca çox ehtiyacları var. Lakin, hərbi müstəvidə iki ölkə heç bir məsələdə bir araya gələ bilməyəcəklər. 

- Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin BMT Təhlükəsizlik Şurasının ötən həftə baş tutan qapalı toplantısında Türkiyəni sərt tənqid edib. O, rəsmi Ankaranı növbəti dəfə Suriyaya silah və cihadçı axınına icazə verməkdə günahlandırıb. Çurkin toplantıda Ankaranı kürd məsələsinə görə də tənqid edib. Putinlə Ərdoğanın görüşünün arxasından Rusiyanın önəmli diplomatlarından birinin Türkiyəyə qarşı sərt mövqeyini necə dəyərləndirirsiz? Sizcə Rusiya Türkiyəyə qarşı ikibaşlı oyun oynayırmı?

- Yuxarıda qeyd etdiyim kimi, ikitərəfli münasibətlərdə ancaq iqtisadi ilişkilər yüksək səviyyədə olacaq. Təbii ki, siyasi proseslərdə, beynəlxalq münasibətlərdə ikitərəfli iqtisadi münasibətlər çox önəmlidir. Lakin, geosiyasi baxımdan bu iki ölkənin maraqları üst-üstə düşmür. Əslində Suriya məsələsində Azərbaycan və Türkiyə arasında da üst – üstə düşməyən məqamlar var.  Bu problemə RusiyaAzərbaycanın baxış acısı daha yaxındır. 

Çurkinə gəldikdə isə, o təcrübəli diplomatdır və ikitərəfli münasibətlərin nizama salınması ərəfəsində belə bir bəyanatın verilməsi təəssüf doğurur. Ankaranın milli azlıqlara olan münasibəti  mən deyərdim, həddin artıq hümanistdir. Rusiya illərdi ki, kürd faktorundan Türkiyəyə qarşı istifadə edir. Və belə görünür ki, Türkiyə ənənvi alışqalığından vaz keçmək istəmir.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ən çox oxunanalar