Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suriyanın rəhbər vasitəçisi sülh danışıqlarını tərk edir

Mohammed Alloush Suriya hökumətini xalqa qarşı "təcavüzü davam etdirməkdə" ittiham edib


Suriyanın əsas müxalif qrupunun nümayəndə heyətinin başçısı, Mohammed Alloush, sülh danışıqlarını uğursuz adlandıraraq istefa verib.

Yüksək Danışıqlar Komitəsindən olan cənab Alloush deyib ki, danışıqlar hər hansı siyasi sövdələşmə və ya mühasirədə olan ərazilərdə yaşayan suriyalıların vəziyyətinə yüngüllük gətirməyib.

Komitə, BMT vasitəçiləri və Suriya höküməti ilə "yaxın" danışıqlarda iştirakını aprel ayında, Cenevrədə dayandırıb.

Danışıqların bərpa tarixi haqqında məlumat verilmir.

"Rejimin inadı və Suriya xalqını bombalamağa və təcavüzü davam etdirməsi səbəbindən üç dəfə keçirilən danışıqlar uğursuz olub", cənab Alloush deyib.

Növbəti istefa

Yüksək Danışıqlar Komitəsi aylardır ki, Cenevrə danışıqlarının inkişafından məyusluğunu ifadə edib.

Onların hiddətlənməsinə səbəb, mühasirədə olan ərazilərə humanitar yardımın çatdırılmaması, siyasi məhbusların azadlığa buraxılması prosesinin ləng getməsi və Suriyada Bəşər əl-Əsədsiz siyasi hakimiyyətə keçidin aparılmamasıdır.

ABŞRusiyanın vasitəçiliyi ilə qiyamçılar və hökumət qüvvələri arasında əldə olunan ümummilli barışıq hələ də qüvvədə olsa da mütəmadi pozulur.

Cənab Alloush-un istefası növbəti tərk etmələrə səbəb ola bilər.

Məlumat verilir ki, komitənin daha bir üzvü istefa verə biləcəyi barədə siqnal verib.

5 il bundan əvvəl Bəşər əl-Əsədə qarşı üsyanla başlayan vətəndaş müharibəsi nəticəsində 250 mindən çox suriyalı öldürülüb və 11 milyona yaxın insan evindən didərgin salınıb.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar