Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sürücülərin belini qıracaq qaydalar gəlir


Avtobus sürücüləri haqqında məlumatlar toplanan elektron tablolar hazırlanır.


Məlumata görə, avtobus qəzalarının və avtobus sürücülərinin özbaşınalıqlarının qarşısını almaq üçün Nəqliyyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Sərnişin və Yükdaşımaların Təşikili İdarəsində xəttə yeni elektron tablolar hazırlayır.

Bu tablolarda hər gün xəttə çıxan avtobus sürücüləri haqqında məlumatlar toplanacaq. Burada həmçinin qəza törədən, yol hərəkəti qaydalarını pozan, işinin öhdəsindən gələ bilməyən sürücülər haqqında da məlumatlar yer alacaq. Bu isə həmin sürücülərin bir daha avtobusun sükanı arxasında əyləşməsinə və öz əməlinin təkrarlanmasına imkan verməyəcək.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin səlahiyyətli nümayəndəsi Əmrah Cəfərovun sözlərinə görə, bu işdə marşrut xəttinə cavabdeh olan şirkətlər də cəzalandırıla bilər. 
Artıq sürücü bazasının yaradılması üçün də bir sıra tədbirlər görülüb. İlin sonuna qədər bu sistem işə düşəcək. Dövlət Avtomobil Nəqliyyat Xidmətinin tədris kurs kombinatında 150 sürücü artıq təhsilini başa vurub. Onların bir hissəsi DYP İdarəsində imtahan verərək sürücülük vəsiqəsi əldə edib və işlə təmin olunublar. 
Həmçinin 2015-ci ilin mart ayına qədər kart sisteminə keçəcəklər. Nəticədə sürücülər sabit əməkhaqqı alacaqlar. Təbii ki, sürücülərin qarşısına qoyulan gündəlik plan da ləğv olunacaq. Bu da plan doldurmaq üçün sürücülərin bir-birilə yarışıb insanların həyatını təhlükə qarşısında qoymasının qarşısını alacaq (ans press).


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar