Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sürücülərin işini rahatlaşdıran xidmət fəaliyyətə başlayır

Azərbaycanda sığorta bazarında ilk dəfə köməkçi xidmət fəaliyyətə başlayacaq


Yeni xidmət qəza baş verəndən sonra bir sıra prosesləri sürücünün yerinə həyata keçirəcək, qarşılığında isə avtomobil sahibi onlara rəsmi ödəniş edəcək.

Qəza törədib nəticələri ilə məşğul olmaq istəməyənlər üçün maraqlı bir xidmət təklif olunur.

Bu, hazırda Azərbaycanda tətbiq edilməsi düşünülən sığortada yeni servis xidmətin icrası ilə mümkün olacaq. Köməkçi xidmət qəza törətmiş sürücünü istədiyi yerə çatdırmaq, avtomobilin evakuasiyasını təmin etmək, hətta onun təmir etdirib sahibinə qaytarmaq kimi məsələləri əhatə edir.

"Yeni xidmət daha çox vaxt sarıdan qıtlıq çəkənlərə əlverişli olacaq"

Xidmətdən istifadədə bir sıra məhduddiyyətlər nəzərdə tutulub. Qəzada xəsarət alan olmamalıdır və maddi zərər 1000 manatı keçməməlidir. Sürücünün yerinə bir sıra prosesləri icra edəcək yeni xidmət avtomobil sahiblərinə cəmi 200-250 manata başa gələcək və tərəflər arasındakı müqavilə ilə tənzimlənəcək.

Müqavilə öncədən bağlanacaq, ödəmə belə hal baş verərsə, hadisədən sonra yerindəcə həyata keçiriləcək. Ekspertlər düşünürlər ki, yeni xidmətdən istifadədə xüsusi ilə vaxt sarıdan qıtlıq çəkən insanlar üçün əlverişli olacaq. Nəticədə sürücü nə rəsmi qurumlar, nə də sığorta şirkətləri ilə təmasda vaxt itirməyəcəklər. Ekspertlər bunun sığorta şirkətləri ilə yaşanan mübahisələrə də son qoyacağı fikrindədir.(anspress)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən çox oxunanalar