Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sürücünü yuxu tutdu, maşın aşdı - Şəkidə


Bu gün saat 14 radələrində Şəki ərazisində yol qəza hadisəsi baş verib


PİA.AZ Kanal S (Region TV) istinadən xəbər verir ki, qəza Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 65-ci km-də Şəkinin Əyriçay Cumakənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, hadisə zamanı Qax rayon sakini Cavadov Hüseyn Abdul oğlu idarə etdiyi 10-CG-188 dövlət nömrə nişanlı "VAZ-21 099" markalı avtomobillə Şəki istiqamətində olarkən qəfildən idarəetməni itirb. Avtomobil yoldan çıxaraq aşıb. Nəticədə, sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə cəlb olunan həkimlərin köməkliyi ilə sürücüyə ilkin tibbi yardım göstərilib və o, ambulator müalicə üçün evə buraxılıb.

İlkin məlumatlara görə, qəzanın baş verməsinə səbəb sürücünü sükan arxasında yuxu tutması olub. Faktla bağlı Baş dövlət yol polisi idarəsinin istintaq bölməsi tərəfindən araşdırmalar aparılır.

Qeyd edək ki, sürücü bu qəzadan sağ çıxmasını möcüzə hesab edir. Onun sözlərinə görə, qəzadan təhlükəsizlik kəmərindən istifadə etdiyi üçün sağ çıxa bilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar