Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Susmağı niyyət edənlər


İndi Azərbaycanda hamı, xüsusən də hakimiyyətdə olanlar özlərini elə aparırlar ki, sanki bütün böyük zirvələr artıq fəth olunub, qalan vaxtı isə sadəcə, yaşamaq lazımdır


Bəzi telekanallar hətta Avropa Oyunlarından təkrar kadrlar göstərməklə məşğuldurlar... 

Hətta heç kim bir məsələnin fərqinə varmır ki, Avropa Oyunlarındakı möhtəşəm qələbəyə rəğmən idmançılarımız bu yaxınlarda Gürcüstanda gənc idmançılar arasında keçirilən analoji oyunlarda elə də fərqlənə bilmədilər...

Düzdür, bu, idmandır və burada hər şey mümkündür - qələbə də olur, məğlubiyyət də. Hər ikisi ilə hesablaşmaq və hər ikisi ilə barışmaq lazımdır. Gəl, ölkənin həyatı təkcə idmandan ibarət deyil...
Bu yaxınlarda avtobusla gedərkən bir qoca qadının deyinməsinin, vəziyyətdən necə şikayət etməsinin şahidi olduq. Qadın deyirdi ki, oynadıq, atlıb-düşdük, indi isə ölkənin problemlərilə məşğul olmağın vaxtıdır...

Ölkənin problemləri haqda eşitmək üçün isə hər dəfə hökumətin iclaslarına diqqət kəsilmək lazımdır. Demirik ki, hakimiyyət bu problemlərə tamamilə biganədir. Yox, biganə deyillər, amma bu problemlərin köklərini araşdırmağa da cəhd etmirlər...

Bu da aydındır - avtoritar siyasi sistemin imkanları həmişə məhdud olur. Baxıb görürsən ki, Azərbaycanda da avtoritar siyasi sistemi nə qədər effektiv etmək mümkündürsə, buna nail olublar. Bundan artığına isə siyasi sistemi dəyişmədən və onu tamamilə demokratik sistemlə əvəz etmədən nail olmaq və effektiv idarəçilik məsələsində ciddi sıçrayış əldə etmək mümkün deyil...

Bəzən hətta bu problemlər də dilə gətirilir. Məsələn, Binəqədidəki yaşayış evində çox güclü yanğın baş verəndə hakimiyyət birdən-birə ictimai nəzarətin vacibliyindən danışmağa başladı. Amma əfsus ki, bu problem də digərləri tək azacıq keçəndən sonra unuduldu...

Məsələ bundadır ki, ictimai rəyə ehtiyac duyan hakimiyyət qeyri-hökumət təşkilatları ilə, siyasi partiyalarla və media ilə tamam başqa münasibət qurmalı və onlarla ciddi əməkdaşlıq etməlidir...

Amma hakimiyyət bunu can atmır. Ona elə gəlir ki, həmin strukturlara ehtiyac duymadan da o, öz səhvlərini görə bilir. Elə yanlışlıq da bundadır - hamı öz səhvlərini görə bilsəydi, bu dünyada heç kim səhv etməzdi...
Budur, ölkə növbəti parlament seçkisi ərəfəsindədir. Ümid etmək olardı ki, bu seçkilərə hələki marağın çox az olması qızmar yay günlərilə və bir də vaxtın tamam yetişməməsilə bağlıdır. Amma bu qızmar günlər də sovuşacaq və vaxt da yetişəcək, fəqət, yenə də görəcəyik ki, seçkilərə maraq o qədər də böyük deyil. 
Marağın olmamasında isə cəmiyyətin də, partiyaların da və ən başlıcası isə hakimiyyətin də günahı yetərincədir...

Amma nə etmək olar? Siyasi partiyalar artıq bununla barışmış kimi görünür və onlar ictimai suallara cavab vermək bir tərəfə, hətta özləri də sual qoymaq vərdişlərini itiriblər...

Xristian dinində əvvəllər belə ayin vardı. Rahiblər danışmamağı niyyət edirdilər. Bu ayini Andrey Tarkovskinin “Andrey Rublyov” filmində görmək mümkündür... 

İndi Azərbaycanın bir vaxt dil-dil ötən müxalifətçiləri də danışmır, susurlar, sanki onlar da susmağı niyyət ediblər ki, görsünlər, hökumət susmağın müqabilində onlara nəsə verəcəkmi?.. 
Nə etmək olar? Bunu da sınamaq olar. Ən əsası isə bunun üçün çox gözləmək lazım gəlməyəcək, payızın sonlarında artıq hər şey bəlli olacaq...

Amma ən gülünc vəziyyət onda olacaq ki, hətta susmaq da xilas etməyəcək və hakimiyyət hədiyyə kisəsinin ağzını açmayacaq...

Əslində hakimiyyətin təsəvvür etdiyi və bir neçə çağırış qurmuş olduğu parlamentə də can atmağa dəyməz. Belə parlamentdə də müxalifətçilik etmək artıq sınaqdan keçirilib - elə bir mənası yoxdur, mikrofonu söndürürlər və sən də iclas zalında özün üçün atılıb-düşürsən...
Ən ağrılısı isə budur ki, bundan sonra düz üç il heç bir seçki olmayacaq. Hərçənd ki, olanda da maraqlı bir şey baş vermir. Amma yenə də seçki ilində simvolik də olsa, azacıq da olsa, ötəri də olsa, daxili siyasətə maraq yaranır - aldadılacaqlarını bilsələr də siyasi partiyalar, müstəqil insanlar nəyəsə özlərini inandırmağa, nəyisə sınaqdan çıxarmağa cəhd edirlər... 

İndilik sezilən isə budur ki, müxalifətin builki taktikası susmaq olacaq, çünki danışmaq üçün çox məqamlar vardı, amma susdular. Olsun. Görək, bundan nə alınır?..(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar