"Azərbaycanla birgə Cənub Qaz Dəhlizinin bel sütununu təşkil edən Trans-Anadolu qaz boru kəmərini (TANAP) bu il istifadəyə verəcəyik"
AzVision.az xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.
B. Yıldırım Cənub Qaz Dəhlizinin növbəti mərhələsinin Trans-Adriatik qaz kəməri (TAP) olduğunu vurğulayıb.
"Cənub Qaz Dəhlizi layihəsi uğurla həyata keçirilir. Bu kəmərlə Azərbaycan qazı ilə bərabər gələcəkdə Türkmənistan qazının da nəqli istiqamətində səylərimizi davam etdiririk".
pia.az