Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumi orta təhsil bazasında (9 illik) kolleclərə qəbul olan abituriyentlərə müraciət edib
Ümumi orta təhsil bazasında kolleclərə qəbul olan abituriyentlərin qəbul olduqları kolleclərdə qeydiyyatı bu gün saat 17-də başa çatır.
Qeyd edək ki, göstərilən müddətdə abituriyentin qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və qəbul olanlar siyahısından xaric ediləcək.