Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

TV-lərimiz niyə və necə sarı mətbuata çevrildi?


MRTŞ bu sualın cavabını bilirmi?


Televiziya yayımlarına nəzarət edən bir qurumumuz var: MTRŞ (Milli Televiziya və Radio Şurası)

"Milli Televiziya və Radio Şurası” haqqında əsasnamədə deyilir ki, şuranın əsas vəzifələri televiziya və radio yayımlarının fəaliyyətini tənzimləmək, onların müstəqilliyini və yayım zamanı ictimaiyyətin maraqlarını qorumaq,
qanunvericiliyə əməl edilməsi üzərində nəzarəti həyata keçirməkdir. Milli-mənəvi dəyərlərin qorunması vəzifəsi də şuranın üzərinə düşən məsələlərdən biridir. Lakin MTRŞ üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələ bilirmi? Yox, deməzdim ki, bunu bacarır. 

İllərdir insanların zövqünü korlayan, insanların həyatları üzərində şou yaradan, biş-düş, çal-çağırdan başqa tamaşaçılar ciddi bir veriliş görmədilər. Birmənalı olaraq "görmədilər" demək də yanlış olar. Çünki ikili oyun hökm sürür. Bir zamanlar Azərbaycan efirində həyatımızın bütün sahələrini əhatə edən ciddi tok-şoular vardı. Amma bu bir zamanlar vardı. Sonra efirimiz bayağılaşdı və tamamilə sarı mətbuata çevrildi. Bu proses hələ əsrimizin əvvəlində başladı və 2005-ci ildən sonra Azərbaycan efiri tamamilə sarı rəngə boyandı. O zaman MTRŞ heç bir dəfə də olsun səsini çıxarmadı. 

Son ildə TV-lər açıq şəkildə Azərbaycan xalqının zövqünü öldürməklə məşğul olub. Bu birmənalıdır. Həm də çox TV-lər bizim zövqümüzü və dəyərlərimizi həddindən artıq zalımcasına, hətta deyərdim manyakcasına öldürdü. İndi artıq xalqın çox böyük hissəsi heç bir ciddi mövzulara maraq göstərmir. Onlar üçün efir Xoşqədəmlə başlayıb Zaurla bitir. Yəni faktiki olaraq, TV-lər bayağılığı bizim mentalitetimizə çevirdilər. İndi isə artıq TV kanalları tamaşaçı zövqünə və istəyinə uyğun verilişlər hazırlayır. Yəni zövqümüz o qədər sarı olub ki, artıq TV-lər bizim zövqümüzə ayaq tutmağa çalışırlar. 

Desəniz ki, TV kanallarımız gözəldir, deməli tamaşaçılarını düşünür, onların ürəyindən xəbər vermək istəyir? Yox, əsla belə deyil. Əslində TV kanalları qazandıqları tamaşaçılar sayəsində ciblərini doldururlar. Necə? Bir veriliş ərsəyə gətirilir. Müəyyən zaman sonra prodüser sponsor axtarmaq üçün qapı-qapı gəzir. Sponsor olmaq istəyən şirkət və ya hansısa müəssisənin ilk sualı bu olur: Veriliş baxımlıdırmı? Budur prodüserin gözlədiyi sual gəlir və o reytinqdən dəm vuraraq, tamaşaçılarını pula sataraq müqavilə imzalayır və verilişi ərsəyə gətirənlərin "canfəşanlığı" maddiyyatla həllini tapır. Elə ona görə də verilişlərimizdə sponsorlara və onların tərif edilməsinə xüsusi zaman ayrılır. Hələ bu sponsorluğun orta, kiçik və böyük adlı "paketləri"də olur. Ki, kiçik paketin qiyməti 500 manatdır. Bunu hardan bilirəm? Bir dəfə verilişlərdən birinin prodüseri söhbət zamanı bildirmişdi. 

Unutmamısınızsa, Xəzər tv-də "Xəzər xəbər" proqramı yeni yayımlananda insanlar səbirsizliklə axşamı gözləyirdilər. Ki xəbərləri izləyəcəklər. Əməlli-başlı reytinq də var idi. Veriliş lazımınca reytinq yığdıqdan sonra nə oldu? "Xəzər xəbər" ciddiliyini itirdi və iki-üç ölkə və ya dünya xəbəri verdikdən sonra "reklam"lar başladı. Artıq proqramın açıq şəkildə kommersiya xarakterli olduğu sezilirdi. 

Bir neçə ildir ki, narazı tamaşaçıların sayı durmadan artır. O həddə ki, savada və biliyə maraq göstərən bir qrup insanlar yerli kanallara heç baxmırlar. Xarici ölkə kanallarını izləməyi üstün tuturlar. Onları qınamaq mümkün olmur heç. Çünki TV kanallarımız adicə şou verilişini belə səviyyəli şəkildə təqdim edə bilmirlər. Həmdə insan nə qədər televizorda yemək reseptlərini, müğənniləri, bayağı mahnıları və verilişləri izləyə bilər ki? Gec -tez adiləşmə dövrü başlamalı idi. Və o dövr başladı. Narazılıq artığı zaman MTRŞ hansısa vəzifələrinin olduğunu və bu vəzifələri unutduğunun fərqinə vardı. Qolunu cirmələyib "iş başına" keçmək qərarına gəldi. Ancaq deyəsən gözə ilk görünən ANS oldu. Maraqlıdır ki, bütün tv kanallarımızda bayağı verilişlər mövcuddur. Ancaq onlardan öncə ANS nəzərə çarpdı. Anidən bir neçə verilişlərin bağlanması bir kənara, hətta cərimə də tətbiq olundu. 

Yanlış anlamayın, ANS-i müdafiə etmirəm. Çünki digər tv kanallarımız kimi ANS-də də ürəkaçmayan verilişlər var idi. O vaxtın adamlarının el arasında dediyi bir söz vardı: "Qırğın gələndə birdən gəlir". Qəribədir ki, o qırğın ANS üçün xüsusən gəldi. Adama deyərlər, bizim o biri kanallarımıza qırğın niyə gəlmədi? 

MTRŞ-nin üzərinə düşən vəzifələrə layiq olmaq istəyini anlayırıq. Hətta ciddi nəzarətə "start" verilməsi ürəkaçan hadisədir. Nəticədə televiziyamızda tamaşaçıların maarriflənəcəyi, səviyyəli şou proqramları ilə yanaşı, əhəmiyyətli verilişlərinin mövcudluğuna ümid yaranır. Bu gözəldir və sevindiricidir. Lakin MTRŞ-nin ədalətli olması daha gözəl olmazmmı?! 

P. S. Təhsilimi  radioverlişləri və televiziya üzrə aldım. Daha sonra televiziya sahəsində çalışmağa başlayanda  televiziyanın bir neçə "incəlikləri"ni rahatlıqla mənimsəyə bildim. Belə ki, televiziyada çalışdığım zamanlarda tv kanallarımızın sırf "reytinq" və "sponsor" üçün mübarizə apardığının şahidi oldum. Hətta verlişlərin baxımlı olduğunu göstərmək üçün "qurma"lar da çox olurdu. Tələbəlik illərimdə bizi "sahənizdə inkişaf etmək üçün lazımınızdır" deyib verlişlərə aparırdılar. O zamanlar üçün bunun altında başqa məqsədlərin olduğunu anlaya bilməmişdim. Lakin televiziya sahəsində işlədiyim zamanlarda bizi nə üçün o verlişlərə apardıqlarını, süniliyin nə qədər çox olduğunu dərk etməyə başladım. Əgər bir veriliş həqiqətən baxımlıdırsa, tamaşaçı dəstəsi ora könüllü gedir, deyilmi? Yoxsa ki, hansısa tələbəni dərsdən sonra və ya dərsdən icazəli verilişə niyə aparsınlar ki?!

Bəzən hansısa verilişə maraqla baxıb, ciddi-ciddi fikirlər irəli sürən insanlara o verilişlərin "qurma" olduğunu deyəndə inanmırdılar. "Heç elə şey olar ki, insanları aldatsınlar?" deyirdilər. Zaman keçdi, hansısa verilişdə ağlaşma olanda artıq baxan tamaşaçı onun "qurma" olduğunu sezirdi. Beləcə, tv kanallarımız "qurma"nı belə doğru-düzgün qura bilmədi. 

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Öpüşməyin əxlaq faciəsi – Kiçik xuliqanlıq

Sevgiyə görə yox, pula görə yaşamaq lazımdır

Beynəlxalq Bank, duz daşıyan dəvə və Azərbaycan xalqı...

Miçiqandakı ərəbləri cəhalətin pəncəsindən xilas etmək gərəkir…

Ən çox oxunanalar