Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Taksilərdə nağd ödəniş ləğv olunur


“Bakı şəhəri üzrə bütün ictimai nəqliyyat vasitələrinə, o cümlədən taksilərə müəyyən tələblər qoyulacaq


Artıq bununla bağlı Bakı Nəqliyyat Agentliyində konsepsiya hazırlanır”.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.

Mətbuat katibinin sözlərinə görə, Bakı Nəqliyyat Agentliyində ictimai nəqliyyat və taksilər barədə optimallaşma və təhlillər aparılır. Bu təhlillərin nəticəsi olaraq vahid nəqliyyat konsepsiyası hazırlanır. 

Agentlik rəsmisi bildirib ki, gələcəkdə sürücülər, avtobusların texniki vəziyyəti və digər məsələlərlə bağlı tələblər qoyulacaq. Bundan əlavə paytaxtda fəaliyyət göstərən bütün taksilərdə ödəniş kartla həyata keçiriləcək:

“Taksilərə kameralar quraşdırılacaq, kvotalar tətbiq olunacaq. Bundan sonra taksi sürücüləri yol boyu istədiyi rəqəmi səsləndirə bilməyəcəklər. Konsepsiyada bütün ictimai nəqliyyatda kontaktsız əlaqədən istifadə olunması nəzərdə tutulub. Hazırda istifadə olunan kartlar taksilərə də tətbiq olunacaq”. 

N. Allahyarova onu da bildirib ki, konsepsiyada bütün daşıyıcılar Bakı Nəqliyyat Agentliyi tərəfindən xüsusi təlim mərkəzində yoxlamadan keçməmiş nəqliyyata buraxılmayacaqlar: “Bütün optimallaşma, inteqrasiya prosesiləri yay aylarına təsadüf edəcək. Bəzən elə olur ki, eyni istiqamətdə bir neçə marşrut xətti var. Bəzən eyni istiqamətdə yalnız bir marşrut xətti olur. Bu da sərnişinlərə böyük problem yaradır. Bununla bağlı konsepsiyadan irəli gələn bütün dəyişikliklər yay aylarına təsadüf edəcək ki, insanların hərəkətinə mane olmasın. Avtobus və sürücülərlə bağlı proses mərhələli şəkildə həyata keçiriləcək”.(Azvision.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar