Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tale Heydərovun təşkilatı bəyanat verdi


Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun rəhbərlik etdiyi Avropa Azərbaycan Cəmiyyəti (TEAS) Avropa Parlamentindəki Azərbaycan müzakirələrinə dair bəyanat verib


Bəyanatda Avropa Parlamentinin yeni seçilmiş tərkibinin ilk iclasında Azərbaycana qarşı ədalətsiz tənqiddən məyusluq ifadə olunur.

PİA.AZ təşkilatın saytına istinadən xəbər verir ki, bəyanatda Avropa Parlamentinin yeni tərkibdə sentyabrın 18-də keçirilən ilk iclasında Şərq Tərəfdaşlığı çərçivəsində Avropa İttifaqının ən yaxın müttəfiqlərindən olan Azərbaycana qarşı insan haqlarının pozulması iddiaları əsasında “ədalətsiz tənqid” səsləndiyi bildirilir.

TEAS qeyd edir ki, debatlar zamanı Avropa Parlamentinin bir sıra üzvləri Aİ-nin demokratiya sahəsində yeni inkişaf səviyyəsinə nail olmaq üçün dost ölkələrlə birgə işləməli olduğunu qeyd ediblər. Bunlardan biri Sloveniyadan olan İvo Vajgldır, o, çıxışında deyib ki, Aİ Azərbaycan və digər ölkələrdə “ümumi dəyərlər uğrunda birgə mübarizə aparmalıdır”. Eyni zamanda o qeyd edib ki, Azərbaycan xeyli spesifik ölkədir, Rusiyaİranla sərhəddir. Buna baxmayaraq Azərbaycan Aİ üçün strateji tərəfdaşdır. O deyib ki, “biz avropalılar Qarabağ probleminin həlli üçün bu ölkəyə kömək etməliyik”.

Çexiyadan olan Katerina Konecna da Azərbaycana qarşı tənqidlərlə razılaşmayıb. O, bildirib ki, Aİ  ölkəni sanksiyalarla məhv etməkdənsə hökumətə islahatlarda kömək etməlidir. Polşalı deputat Rışard Çarnetski də bu mövqeyi bölüşüb və deyib: “Azərbaycan Avropa dəyərlərinə və standartlarına doğru irəliləməyə cəhd edən ölkə kimi dəstəyə ehtiyacı var”.

TEAS direktoru Lionel Zetter Avropa Parlamentindəki müzakirələrlə bağlı bildirib: “Aİ üzvü olan bir çox ölkələr təhlükəsizlik və sosial harmoniya naminə öz vətəndaşlarının fəaliyyətlərini, hərəkatlarını və kommunikasiyalarını məhdudlaşdırır. Ola bilsin Avropa Parlamentinin deputatları öz ölkələrində insan haqları sahəsində vəziyyətə nəzər yetirməzdən əvvəl 20 ildən çoxdur ərazilərinin bir hissəsi işğal altında olan, bir milyona yaxın qaçqınla üzləşən ölkəni tənqid etməyə görə məyus olacaqlar”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Ən çox oxunanalar