Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Taleh Ziyadovun şəxsi “cəlladı” varmış - Amid Əliyevin cinaytləri saymaqla bitmir


Bakı Beynəlxalq Dəniz Ticarət Limanında FETÖ terroru; Limandakı dözülməz şərait dokerləri intihara qədər sürükləyir…


Taleh Ziyadovun və İlham Mehrəliyevin “qoçu dəstələri” limanda çalışan işçiləri açıq şəkildə terror edirlər və bu terror üzündən bir nəfər ürəktutmasında dünyasını dəyişib, bir nəfər isə özünü yandıraraq intihara cəhd edib. Limanda Taleh Ziyadovun “cəlladı” kimi ad çıxaran Amid Əliyevin cinayətlərini isə saymaqla bitməz.

“Xahiş edirik, 30 nəfərə yaxın dokerin iştirakı ilə yazılmış bu məktubu işıqlandırın. Bizim dərdimizə əlac qılın və bizim səsimizin ölkə prezidentinə qədər çatmasında bizə yardımçı olun”.

Bu sözələr Bakı Beynəlxalq Dəniz Ticarət Limanında çalışan dokerlərin ANAXEBER.az-a ünvanlanmış şikayət məktubunun son cümləsindəndir. Qeyd edək ki, saytımızın elektron ünvanına daxil olan bu məktubu ürəkağrısıyla oxuduq və doğurdan da ABŞ-da təhsil almış gənc bir kadrın idarə etdiyi müəssisədə belə bir şəraiti yaratmasına inanmaq istəmədik. Amma fakt həmişə fakt olaraq qalır. Və çox qəribədir ki, ölkə prezidentinin onlara gənc bir kadr kimi göstərdiyi etimaddan sui-istfadə edən Taleh Ziyadov və FETÖ imamı olaraq bilinən İlham Mehrəliyev xarici qüvvələrə qulluq göstərməklə yanaşı, eyni zamanda Bakı Beynəlxalq Dəniz Ticarət Limanında dözülməz iş şəraiti də yaradıblar. 

Şikayət məktubundan belə görünür ki, Taleh Ziyadov və İlham Mehrəliyev limanda “qoçu dəstəsi” saxlayır. Bu qoçu dəstəsinə isə limanda Taleh Ziyadovun “cəlladı” kimi ad çıxaran Amid Əliyev başçılıq edir. Şikayət məktubunda qeyd olunur ki, Taleh Ziyadovun “cəlladı” kimi ad çıxaran Amid Əliyevin cinayətlərini saymaqla bitməz. Bu adamın işi-gücü ancaq liman çalışanlarına qan uddurmaqdır.

Qeyd olunur ki, vəzifəyə təyin olunduqdan həmən sonra Taleh Ziyadov Amid Əliyevi limanda külli-ixtiyar sahibi edib. Onun əsas işi isə hər kəsi qorxutmaq, Taleh Ziyadova və İlham Mehrəliyevə qarşı heç kəsin səsini çıxara bilməməsini təmin etməkdir. 

Vəzifəyə təyin olunduqdan az sonra Taleh Ziyadov 1-ci şöbənin müdirini öz otağına çağırıb və ondan ərizə yazmaq tələb olunub. Həmin vaxt otaqda Amid Əliyev də olub. Şöbə müdiri etiraz etdikdə isə baş direktorun otağında Amid Əliyev onu təhdid edir və hətta bəzi iddalara görə uzun müddət limanda çalışan yaşlı adamı bıçaqla qorxuzub. Taleh Ziyadovun kabinetindən çıxıb evinə yollanan yaşlı şöbə müdiri  həmin axşam ürəktutmasından vəfat edib. 

Bu məsələ ört-basdır edilsə də, Taleh Ziyadov bir insanın ölümünə səbəb olmasına baxmayaraq, bu hadisədən nəticə çıxarmayıb və limanda işçilərə qarşı terroru daha da böyüdüb. Belə ki, Taleh Ziyadovun növbəti qurbanı nəqliyyat şöbəsinin müdiri Fəxrəddin Səmədov olub. Taleh Ziyadov nəqliyyat şöbəsinin müdirini qanunsuz işlərə məcbur etmək istəsə də, Fəxrəddin Səmədov sonda məsuliyyətin onun üzərində qalacağından ehtiyat edərək bu işlərə razılıq verməyib. Bundan sonra isə yenidən məsələyə Amid Əliyev qarışıb. Amid Əliyev Fəxrəddin Səmədovdan tələb edib ki, ərizəsini yazıb işdən çıxsın. Lakin illərini limana verən Fəxrəddin Səmədov bundan da imtina edib. Bundan sonra Amid Əliyev tərəfindən təhqir olunan Fəxrəddin Səmədov bu təhqirlərə dözə bilmir və limanın həyətində özünü yandırır. İşçilər vaxtında Fəxrəddin Səmədovun alovunu söndürür və onu təcili olaraq xəstəxənaya qaldırırlar. Qorxuya düşən Taleh Ziyadov isə onu sonradan “Medikal Plaza” özəl klinikasında yerləşdirir. Fəxrəddin Səmədovun müalicə xərclərini isə limanın hesabından ödəyir. Sonucda bu işdə ört-basdır edilir. 

Baş verən bu hadisədən də nəticə çıxarmayan Taleh Ziyadov limanda terror əsdirməyi davam etdirir. O limanın yüklərini çiyinlərində daşıyan dokerləri işdən çıxartmaq üçün onlardan ərizə tələb edir və yenə də Amid Əliyevin başında dayandığı “qoçu dəstəsi” fəhlələri təhdid etməyə və bəzən isə onları döyməyə başlayıb. Şikayət məktubunda bildirilir ki, onlardan ərizə almaq üçün müxtəlif üsullara əl atıblar. Gah maaşlarını kəsir, gah da dözülməz şəraitdə çalışmağa məcbur etməklə fəhlələri ərizə yazmağa məcbur etməyə çalışıblar. Bəzi fəhlələr isə bu təhdidlərin qarşısında ərizə yazaraq limandan gediblər. Ən sonunda isə Taleh Ziyadov özünün yaratdığı MMC vasitəsi ilə limandakı əsas işləri birbaşa nəzarətinə götürüb və hazırda bu MMC limanda əsas işləri görməklə yanaşı, eyni zamanda büdcə pullarının mənimsənilməsində də əsas yer almaqdadır.

Bundan başqa dokerlər bildirirlər ki, Amid Əliyev onları iş saatından sonra qalıb işləməyə məcbur edir və buna görə isə onlara ödəmə edilmir. Yəni faktiki olaraq Amid Əliyevin “qoçu dəstəsi” limanda dokerləri qul kimi çalışdırır və bunu birbaşa Taleh Ziyadovun iapşırığı ilə edir.

Qeyd edək ki, dokerlərin yolladığı şikayət məktubunda cox ciddi faktlar və korrupsiya əməlləri yer almaqdadır. Həmin faktları araşdırırq və növbəti yazımızda daha ətraflı məlumat verəcəyik.

Mənbə: anaxeber.az

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar