Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tanrının unutduğu yer

"Tanrının unutduğu yer" ifadəsini eşidəndə yadıma ilk olaraq iki yer düşür


Biri Bakının Şanxay qəsəbəsi, digəri isə Slovakiya. Birincidə dəfələrlə olmuşam, həqiqətən unikal bir yerdir. Yüz metr o tərəfdə müasir avtomobillər müasir yollarda müasir-müasir şütüyürlər, amma Şanxayda qatarlar evlərin arasından keçir. Yadımdadır, biz orda olanda qatar gəldi, evlərdən birinin qapısı açıq idi deyə keçmədi, sürücü başını çıxartdı ki, o qapını örtün, qapını örtdülər, yoluna davam elədi. Qatar, o boyda qatar.. Onda bir yerli sakin demişdi ki, bura nəyə gəlirsiniz, Tanrının unutduğu yerdi.  

Yeri gəlmişkən, Şanxay bizim jurnalist tayfasının da tükənməz çörək mənbəyi, təcrübə mərkəzidir. Adətən hansısa redaksiyada işə təzə girən jurnalist olanda əlinə mikrofon-diktofon verirlər ki, di davay, get Şanxaydan bir reportaj hazırla. Ya da gənc jurnalist özü axtarıb tapır. Araşdırma eləyir ki, Bakıda harda qəribə yerlər var, ilk nəticələrdən biri mütləq Şanxay çıxır. Şanxay Varşava gettosu kimi bir yerdir.

Slovakiyanı, demək olar ki, heç gəzməmişəm, sadəcə Budapeştə gedəndə içindən keçmişəm. Yaşadığım Krakov şəhəri ilə Slovakiya sərhədi bir saatlıq yoldur. Amma düzünü deyim, Slovakiya heç marağımı çəkməyib. Çünki gəzənlərdən heç yaxşı bir təəssürat görməmişəm. Hər kəs bozluqdan şikayət edir.

Amerikalı rejissor Tarantinonun "Hostel" adlı filmi var. Qorxu filmi olan "Hostel"də üç amerikalı gənc əylənmək üçün Slovakiyaya gəlir və bir işgəncə qrupunun əlinə düşür. Deyəsən, Slovakiya ilə bağlı ən məşhur söhbət məhz budur. 

Bu günlərdə bir slovakiyalı tələbə ilə söhbətləşirdik. Ölkəsindəki depressiv vəziyyətdən, soyuq və qaranlıqdan şikayət edirdi. Deyirdi ki, Avropada iqlim onsuz da açıq deyil, bir də inkişaf etməmiş bir ölkə oldunsa ətraf aləm tamamilə bozlaşır. Düzdür, Slovakiyanın təbiəti xüsusən yayda çox gözəldir. Amma yay onsuz da az çəkir deyə, qızın sözlərinə haqq verdim, hamımız dağların ətəklərində yaşamırıq ki. 

Tanışım ölkədəki bu vəziyyətdən yararlanan insanlara diqqət çəkdi. Dedi ki, Çexiya ilə ayrılandan sonra bizdə bir şey qalmadı. Həm inkişafın zəif olması, həm də miqrant axınları ölkədə nə qədər axmaq, başıxarab, faşist insanlar varsa, onlara şərait yaradıb, təbiət və sosial iqtisadi vəziyyət ölkədə normal insanlardan yana deyil. O da şanxaylı sakin kimi dedi ki, Tanrı bizi unudub. 

Nəysə məlumum oldu ki, Slovakiyadakı faşist qruplar artıq avtobuslara nəzarət dəstələri yaradıblar. Həmin dəstələr bildiyimiz skinxedlərdir. Avtobusda oturub guya yerliləri gəlmələrdən qoruyurlar. Köynəklərində faşist qrupun gerbini daşıyan bu adamlar qeyri-rəsmi, qanundankənar fəaliyyət göstərirlər. Qız danışdıqca yadıma Stefan Sveyqin Hitlerin yeni-yeni yüksəlməyə başladığı dövrə aid xatirələri düşdü. Tələbələr və gənclər dəstə-dəstə toplaşıb marşlar oxuyurlar, faşizm təzə-təzə təşəkkül tapır.

Əlbəttə, Slovakiya faciəvi bir yer deyil, inkişafın tamamilə durduğu hər hansı bir şərq ölkəsindən daha öndədir. Ən azından Avropadadır. Başlıqdakı ifadəni deməklə ona haqsızlıq etdiyimi düşünənlər də ola bilər, bu da anlaşılandır. Sadəcə, misal çəkdiyim hər iki yerin ətrafı cah-cəlaldır. 

Bratislava ilə Vyana arasındakı məsafə maşınla cəmi yarım saatdır. Təxminən Şanxayla Koroğlu metrosu arasındakı piyada gedilən yol kimi. 

Araz BAYRAMOV(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar