Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tarixi abidələr üçün lövhə və pasportlar hazırlanır


“Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar tarixi abidələrin müvafiq mühafizə yerlərinin müəyyən edilməsi, pasportların, veb-saytların hazırlanması işlərinə başlanılıb”


Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sektor müdiri Arif Əliyev publika.az-a açıqlamasında bildirib ki, respublikamızda mövcud olan bütün tarixi, mədəni abidələrin mühafizə zolaqları yaradılacaq: 

“Hazırda bu iş davam etdirilir. Ölkəmizdə xeyli sayda tarixi, mədəni abidə var. Təkcə respublikamızın paytaxtında 1956 abidə mövcuddur. Abidələrin hamısının üzərinə xüsusi lövhələr vurulacaq. Lövhələr məlumat və abidənin mühafizəsini əks etdirən bildirişlərdən ibarət olacaq. Lövhələrin Azərbaycan və ingilis dillərində olması planlaşdırılır. Yaxın illər ərzində həm Azərbaycan vətəndaşları, həm də ölkəmizə gələn əcnəbilər abidələrimizin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafını hiss edəcəklər”.
 
Qeyd edək ki, təkcə bir abidə üçün lövhənin hazırlanması orta hesabla təxminən 200 manata başa gəlir.  

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar