Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tarixin dalanında


Sevinməyin, bunu da uğurlu daxili siyasətin bir əlaməti saymayın


Deməyin ki, qiymətlər bu qədər bahalaşandan sonra da xalq öz  iqtidarını sevir, onu dəstəkləyir. Əslində bütün zülmlərin qarşılığında susan toplumun boynuna istənilən yükü qoymaq, bundan  ağırını çəkəcəyini iddia etmək də... Əslində böyük faciələrə belə sadəlövh yanaşma olur. Sonra kimin nəyə sevindiyi unudulur,  yaddan çıxır...

Bu bənzəri olmayan olaydır - bir gecənin içindəki bahalaşmanı toplum belə soyunqanlı qarşıladı, dilinə gələn gileyi də özündən  savayı heç kim eşitmədi... İndi boynumuza minnət qoyurlar xalq bahalaşmanın gerçək səbəblərini anlayır. Hətta qiymət artımının məhz  ən kasıb bəndələrə xeyir gətirəcəyini deyən də var... Guya şəhərdə tıxac yaradan da ucuz benzinlə bahalı maşın sürənlərdir...  Burası Azərbaycandır, istənilən sərsəm söz, ağıllı ifadədən daha ağır çəkili olur...

Qəribədir ki, özümüzə bu qədər yadlıq ətrafımızda ciddi tarixi proseslərin baş verdiyi zaman kəsimində yaşanır... Biz nədən  avropalı olmaq istəyimizi dilə gətirmədik? Yoxsa hər qapını rüşvətlə açmaq da bir xoşbəxtlikdir, biz də bunu tale naxışı sayırıq...
O gün 20-25 gənc əllərində ağ vərəq tutmuşdular. Heç bir şuar da səsləndirmirdilər. Əli dəyənəkli, səsi çıxanı susdurmağa öyrəncəli  olan polislər də çaşıb qalmışdılar... Amma onların üstünə cuman, əllərindəki ağ vərəqi bürmələyib atanlar da var idi. Başqa nə  etməliydilər ki... Onlar susan, öz müsibətlərinə dilsiz-ağızsız şahidlik edənləri ağ vərəqə dərdini yazmağa çağırırdılar... Bütün  bunlar bu qədər dərdi olan, amma onu dilə gətirməyə cəsarəti çatmayan insanların yaşadığı ölkədə baş verirdi...

Tarix də bizimlə bütün təzadları ilə üz-üzə durub. Əllərində ağ vərəq tutanların olsa-olsa 20-25 yaşı var... Onlar ağ vərəqə iç  yanğılarını yazmağa cəsarəti çatmayan kütlə ilə öz taleyi uğrunda böyük savaşa qatılan Ukrayna xalqı arasında müqayisə  aparırdılar...
Onlar üçün unudulan tarixdir - düz 25 il əvvəl bax elə bu günlərdə bu ölkənin də Azadlıq adlanan meydanında bir milyon insanın  düyünlənən yumruqları havaya qalxırdı... Oxşarlıq da adamı heyrətdə qoyur - bu gün Avropa dəyərlərinə qovuşub, Rusiya əsarətindən  qurtulmaq istəyənlər düz 17 güdür ki, o meydandadırlar... Biz də 17 gün meydanda gecələdik... 25 ildən sonra isə özünə, taleyinə,  bu gününə, gələcəyinə bu qədər biganə olan kütləyə çevrilmişik... Biz tarixin dalanına düşmüşük. Böyük yola çıxmaq üçün bu dalandan  çıxmalı, 25 ildə buraxdığımız yanlışlıqlardan imtina etməliyik.

Bizim üçün kimsə yanmayacaq, bizim donan əllərimiz başqasının qaladığı ocaqda isinməyəcək. Yadımdadı, o vaxt meydanda səslənən,  hamını coşqu ilə qarşıladığı şüarlardan biri belə idi: təkcə öz neftimizdən əldə etdiyimiz gəlirlə biz dünyanın ən xoşbəxt xalqı  olacağıq! 25 il keçir, neftimizin qədəri 10 dəfə artdı, amma bizim üstümüzə xoşbəxtlik işığı düşmədi. İndi dünyanın ən faciəli tale  yaşayan xalqıyıq desək, bir zərrə yanılmarıq...

Kim bizim arzularımızı, ümidlərimizi puça çıxartdı, o qədər yaxın olan xoşbəxtlikdən niyə bu qədər uzaq düşdük? Hətta bizə bu qədər  yaxın olan və bu qədər uzaq düşdüyümüz Gürcüstana da həsəd aparırıq. Ən azından qat-qat ucuz qiymətə ət, meyvə-tərəvəz ala  bildiklərinə görə...

Onlar dünyanın ən bahalı şəhərlərindən birində yaşamırlar. Biz isə bu bahalı şəhərdə ağlasığmaz ucuz həyat sürürük...

Əslində hansı məqamda yanıldığımızı da, buraxdığımız səhvləri də dərk edirik. Bütün müsibətlərin başlanğıc nöqtəsinin böyük talan,  böyük yalan olduğunu da bilirik. Heç bizdən oğurlayanlar da heç nədən çəkinmirlər. Susacağımıza arxayın olduqları qədər dövran  sürürlər...

Ukraynada tapdaq altında qalmaq istəməyən bir xalq mücadiləsi yaşanır. Biz isə yönsüz, səmtsiz xaosa doğru gedirik. Tarixin  dalanına düşən xalq yanıldığını dərk edəndə, böyük fəlakətlə üzləşir.

Öz müxalifətindən və iqtidarından bu qədər uzaq düşən toplumun qəzəb anında hansı addım atacağını da kimsə bilmir. Bilinən odur ki,  tarixi marafonda geridə qalanlar zülmün, sitəmin hər rənginə bürünürlər...(musavat)   


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar