Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tatuaj xərçəng xəstəliyi yarada bilər


Bu gün tatuaj artıq dəb halını alıb və hər gün tatuajın yeni formaları yaranır


 İnsanlar tatuajın hansı fəsadlar törədəcəyinin fərqinə belə varmadan ondan geniş istifadə edirlər. Yəqin xəbərsizdirlər ki, tatuaj xərçəng xəstəliyi belə yarada bilər.

Bəzi hallarda insanlar sonradan tatuajı sildirmək qərarına gəlir. Bu da həm istənilən nəticəni vermir, həm də dəriyə təsirsiz ötüşmür.

Dermatoloq-kosmetoloq Mehdi Mahmudi insanların tatuajdan uzaq durmasını məsələhət görür.

M.Mahmudi bildirib ki, tatuaj insan bədəni üçün yad maddələrdən ibarətdir: “Tatuaj üçün maddələri insan bədəninə yeridəndən sonra bədən həmin maddələrə əks reaksiya verə və insana fəsadlar yetirə bilər. Həmçinin, tatuaj maddələri standart və qeyri-standart olur. Qeyri-standart maddələrin fəsadları isə daha çox ola bilər. Tatuaj zamanı istifadə olunan bəzi maddələr var ki, xərçəng və digər xəstəliklərin yaranması riskini xeyli artırır”.

Dermatoloq-kosmetoloq əlavə edib ki, tatuaj zamanı sterilizasiya qaydalarına əməl olunmadığı halda, insan yoluxucu xəstəliklərə və infeksiyalara yoluxa bilər.

O deyib ki, bir çox hallarda insanlar tatuajdan yorulur və onu sildirməyə qərar verir: “Tatuajın silinməsi isə uzun və çətin bir prosesdir. Sildirmək istəyərkən də fəsadlar yarana bilər. Sildirərkən dəri zədələnir, əvvəlki vəziyyətini bərpa edə bilmir. Son dövrlərdə tatuaj vurduranların, eləcə də tatuaj sildirənlərin sayı çoxalıb. Tövsiyə edərdim ki, insanlar tatuajdan uzaq dursunlar. Çünki bu, insan bədəninə xarici müdaxilə və yad maddələrin daxil edilməsidir. Onun ziyanları çoxdur. Xüsusilə böyük həcmdə, bədənin çox yerlərində tatuaj etdirmək heç məsləhət deyil”. (trend)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ən çox oxunanalar