Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Teatr direktoru 20 min manat cərimələndi


Şuşa Teatrının direktoru Yadigar Muradovun “Oda” Teatrının direktoru, jurnalist Elmin Bədəlova və “Oda” Teatrına qarşı açdığı məhkəmə iddiasına yanvarın 16-da baxılıb və yekun qərar verilib


Bu barədə Elmin Bədəlov özü məlumat verib: “Məhkəmədən mənə bildirdilər Yadigar Muradovun mənə və “Oda” Teatrına qarşı qaldırdığı iddia təmin edilib. 

Ancaq onlar iddianın qismən, yaxud tam təmin olunduğu barədə heç bir məlumat vermədilər. Məhkəmə ekspertizasının rəyi mənim xeyrimə idi, lakin hakim əleyhimə qərar çıxarıb. Üstəlik də hakim mənə telefonda deyir ki, biz məhkəmənin hansı qərar çıxardığı barədə sizə məlumat verməyə borclu deyilik. Halbuki bu mənim və teatrım haqqında qərardısa, bu qərardan xəbər almaq haqqım, hüququm var. Üstəlik məhkəmə qərarı bizə verilmir ki, qərardan apelyasiya şikayəti verək”.
 
Qeyd edək ki, proses Biləsuvar Rayon Məhkəməsində hakim Azər Səmədovun sədrliyi ilə keçirilib. Yadigar Muradov Elmin Bədəlovu  bir neçə ay bundan öncə Elitar.Az saytında yayımlanan yazıya görə məhkəməyə verib və ondan 20.000 AZN tələb edir, eyni zamanda şərəf və ləyaqətinin təhqir olunduğunu deyir. Bir neçə ay sonra həmin iddiaya “Oda” Teatrının da adı əlavə olunub. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar