Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhsil Nazirliyindən açıqlama


Təhsil Nazirliyi 23 nömrəli məktəbdən Milli Qəhrəman Tahir Həsənovun adının götürülməsi ilə bağlı məsələyə aydınlıq gətirib


Təhsil Nazirliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki,  Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş övladlarımızın əziz xatirəsinə hörmət bəslənilməsi milli təhsil konsepsiyamızın vacib elementini təşkil edir. Hər bir təhsil ocağında Vətən torpaqları uğrunda şəhid olmuş qəhrəmanlarımızın keçdikləri döyüş yoluna həsr olunmuş xüsusi güşələr var.

23 nömrəli məktəbin muzeyində həmin tədris ocağının 1987-ci il məzunu olmuş Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənova həsr olunmuş yeni xatirə ekspozisiyası yaradılıb. Burada Milli Qəhrəmanın keçdiyi həyat və döyüş yolu haqqında, ailəsinin təqdim etdiyi şəxsi əşyalar, foto və yazılı materiallar nümayiş olunur. 

Təhsil Nazirliyi onu da qeyd edir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, şəhid adlarının məktəblərə verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə həyata keçirilir. Şəhid adının əbədiləşdirilməsi məqsədi ilə Təhsil Nazirliyi 

Milli Qəhrəman Tahir Həsənovun adının 23 nömrəli məktəbə verilməsi ilə bağlı aidiyyatı qurumların qarşısında vəsatət qaldırıb.

Təhsil Nazirliyi mətbu orqanlarında və sosial şəbəkələrdə milli qəhrəmanlarının adlarının hər hansı “sensasiya” axtarışında istifadə olunmasını təəssüf hissi ilə qarşılayır və qətiyyətlə pisləyir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar