Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhsil Nazirliyindən dərsliklərlə bağlı yenilik


Bu ildən etibarən bütün dərsliklərə dil və üslub üzrə redaktor təyin olunacaq


Təhsil Nazirliyi ilk olaraq dərsliklərin birbaşa məktəblərə çatdırılmasının və dərsliklərdə sonradan yaranan problemlərin qarşısını almaq məqsədi ilə bu ildən (ildə iki sinif dərsliyi olmaqla) iki sinif üzrə dərsliklərin tenderini elan edib.

Bu barədə məlumat verən Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdir müavini Əsgər Quliyev bildirib ki, 7-ci sinif dərsliyi ilə 8-ci sinif dərsliyi növbəti dərs ilində çox məhdud sayda çap olunaraq sınaqdan keçiriləcək. Onun sözlərinə görə, bu sınaq dərsliyinin keyfiyyətinin yüksəlməsinə səbəb olacaq.

Bu gün ölkədə dərslik müəlliflərinin qıtlığının yaşandığını deyən nazirlik rəsmisi qeyd edib ki, bunun bir neçə səbəbi var: “Azərbaycanda dərslik hazırlanma təcrübəsi müstəqillik dövrünün məhsuludur. Hazırda ölkəmizdə Təhsil Nazirliyi tərəfindən dərslik müəllifləri üçün treninq keçiriləcək. Kurikulumun qaydaları seçiləcək dərslik müəlliflərinə daha dərindən öyrədiləcək. Təhsil Nazirliyi tərəfindən müəllif hüquqlarının qorunması ilə bağlı çox ciddi addımlar atılıb. Müəllif hüquqları nazirliyin səlahiyyətinə verilib. Bu doğru bir addımdır. Çünki dərsliyi dövlət maliyyələşdirirsə, dərsliyin müəllifi də dövlət (onun təmsilçisi kimi Təhsil Nazirliyi) olmalıdır”.

Ə.Quliyev əlavə edib ki, uzun müddət mətbuat dərsliklərdəki çatışmazlığa görə Təhsil Nazirliyini ittiham edilib: “Elə bilirlər ki, dərslik müəlliflərini Təhsil Nazirliyi seçir. Artıq 7 ildir ki, dərsliklər müsabiqə yolu ilə hazırlanır. Yəni, müəlliflər nazirlik tərəfindən seçilmir, onlar nəşriyyat tərəfindən müəyyən edilir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının dərsliklər haqqında yekun rəylərində dərsliklərdə dil və üslub səhvlərinə rast gəlindiyi qeyd olunub. Mövcud problemin də qarşısını almaq məqsədi ilə bu ildən etibarən bütün dərsliklərə (ixtisasından asılı olmayaraq) dil və üslub üzrə redaktor təyin olunacaq. Azərbaycanda təhsilin məzmunu ilə bağlı yalnız bir müəssisə - Təhsil Problemləri İnstitutu məşğul olur. Ancaq sovetlər məkanında 13 elmi-tədqiqat müəssisi təhsilin məzmunu ilə məşğul olurdu. İnanıram ki, qarşıdakı illərdə də bununla bağlı işlər görüləcək”.

Şöbə müdirinin müavini əlavə edib ki, Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Təhsil Strategiyasında da dərsliklərin hamısının yeniləşdirilməsi, yeni prinsiplərə uyğunlaşdırılması nəzərdə tutulur. Onun sözlərinə görə, strategiya ilə bağlı fəaliyyət proqramı hazırlanandan sonra dərsliklərlə bağlı yeni proqram qəbul olunacaq.(apa)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar