Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhsil naziri direktorlara xəbərdarlıq etdi


Təhsil naziri Mikayıl Cabbarov Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransında direktorlara xəbərdarlıq edib


Nazir çıxışında işdən çıxarılan şəxslərin cəzalandırıldığını da bildirib:

"Qanun pozuntusuna yol verənlər işdən azad olunmaqla bitməyəcək, Həmin şəxslər qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb ediləcək. Məsələn, məktəb həyətlərinin direktorlar tərəfindən mənimsənilməsi hallarına rast gəlinir. Burdan bütün direktorlara tapşırıram ki, bu işi yerinə yetirsin. 15 sentyabr bilik günündə vətənpərvərlik üzrə dərslər keçirilməlidir. Bundan başqa əvvəllər bizə məktəbdənkənar ədəbiyyat verilirdi. Qısa tətillərdə və yay tətilində bizə ədəbiyyat siyahısı verilirdi. Dərs ili başlayandan sonra həmin siyahıdakı oxuduğumuz və ya oxumalı olduğumuz bədii ədəbiyyat üzrə inşa yazırdıq. Mən indi burdan məktəb direktorlarına tapşırıram ki, bu təcrübəni könüllü yox, məcburi formada tətbiq etsinlər. Bir daha təkrar edirəm, könüllü yox, məcburi olaraq tətbiq edilməlidir. Nazirliyin işçilərinə də tapşırıram ki, bunun üçün hər sinfə görə ədəbiyyat siyahısı hazırlansın. Ehtiyac varsa, yeni əsərlər tərcümə olunsun, klassik əsərlər təkrar çap olunsun. Lazım olan kömək müvafiq dövlət strukturlarından istənilsin". 

Daha sonra M. Cabbarov qeyd edib ki, məktəblərdə yay tətilinin müddətini azaltmağı da düşünürlər.(qafqazinfo)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar