Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhsil nazirinin qardaşının adı ağır cinayət prossesində hallandı - Təfərrüat


Müttəhimlər kürsüsündə oturan Günel Süleymanova olayın sifarişçisi hesab olunur və istintaq bu qənaətə gəlib ki, ona bu cinayət əməlində atası Rasim Süleymanov dəstək verib. Rasim Süleymanov da bu cinayət işində mühakimə olunur.


Bərdə Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi olmuş Hüseyn Qasımovun güllələnməsinə görə həbs olunan beş nəfərin martın 11-i Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəməsi keçirilib. 

H.Qasımov ağır xəsarət almasa da, həbs olunanlara qəsdən adamöldürməyə cəhd, dələduzluq kimi maddələrlə ittihamlar irəli sürülüb.

Məhkəmədə hadisə ilə bağlı maraqlı detallar açıqlanıb. Müttəhim G.Süleymanova ifadəsində deyib ki, H.Qasımovu öldürmək yox, cəzalandırmaq istəyib. Onun sözlərinə görə, hədəfə aldığı qurban onu intim görüntüləri ilə şantaj edirmiş. 

Güllə yarası alan şəxs isə bu ifadə ilə razılşamır, sifarişçinin onun həbsdə olan oğlunu azadlıqdan çıxaracağı adı ilə 33 min manatı mənimsədiyni və nəticədə onu aldatdığını deyir.

H.Qasımovun oğlu 2015-ci ilin yayında bir nəfərin ölümü ilə nəticələnmiş yol qəzası üzündən həbsdədir. Həmin dövrdə Qasımov vəzifədə olub.

İddiaçı tərəf hadisəni belə danışıb: “Mənim oğlum həbsdədir. Günel Süleymanova bizdən şikayətçi olan tərəflə barışıq ərizəsi alacağını deyib, məndən 33 min manat aldı. Şikayətçi olan tərəf Bərdədən olan Xaləddin müəllimdir. Günel dedi ki, Xaləddin müəllimlə görüşüb və danışıb. Günel deyirdi ki, təhsil naziri Mikayıl Cabbarovun qardaşı onların qohumlarının qudasıdır. Xaləddinin nömrəsini də məndən aldı. Guya aramızda barışıq edəcəkdi. Amma mənim yanımda onunla danışmayıb”.

Qanlı olayda nazirin qardaşının adının hallanması diqqət çəkən məqamdır. Görəsən, G.Süleymanova təhsil naziri ilə qohum olduğunu doğrumu söyləyir, yoxsa N.Qasımovun yanında xal qazanmaq istəyirmiş? Bu suala aydınlıq gətirməyə çalışacağıq.

Mövzu diqqətimizdədir. 

Mənbə: Missiya.az

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar