Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhsil sistemində problemin kökü

Azərbaycan höküməti Avropaya inteqrasiya siyasətini yürütdüyünü elan edərək bir çox beynəlxalq proqram və layihələrə qoşulmuşdu


Hökümət bütün sahələrdə olduğu kimi təhsil sahəsində də  Avropa Birliyi ilə razılaşdırılmış Fəaliyyət planı çərçivəsində üzərinə mühüm öhdəliklər götürmüşdü. 

Hazırda Təhsil Nazirliyi tərəfindən bu öhdəliklər çərçivəsində təlim-tərbiyə işinin məzmununun yeniləşməsi, təlim keyfiyyətinin yüksəlməsi, təlimdə və qiymətləndirmədə yeni metodların, texnologiyaların tətbiqi, müəllimin peşə hazırlığı səviyyəsinin artırılması, idarəetmə strukturunun təkmilləşdirilməsi, yeni nəzarət sisteminin yaradılması və s. məsələləri özündə ehtiva edən məktəbəqədər, tam orta, peşə, ali təhsil üzrə proqramlar həyata keçirilir. 

Müşahidələr göstərir ki,  islahat xarakteri daşıyan bu proqramların həyata keçirilməsi nəticəsində irəliləyişlər əldə edilməklə bərabər sovet təhsil sistemindən qalma sterotiplər də qalmaqdadır. Bu hal daha çox yerli səviyyələrdə təlim-tərbiyə işinin müasir tələblər baxımından idarə edilməsində, müəllim hazırlığında, təhsilə sosial dəstəyin yetərsiz olmasında və digər sahələrdə özünü qoruyub saxlamaqdadır. 

Əlbəttə, bu yazıda bizim məqsədimiz Təhsil Nazirliyinin gənc, perspektivli komandasının fəaliyyətini nə təqdir, nə də tənqid etməkdir.  İş olan yerdə nöqsan da var. Heç bir zaman  bu problemlər Təhsil Nazirliyi tərəfindən inkar edilməmişdir. Bu yazıda məqsəd diqqəti problemlərin kökünə yönəltməkdir. 

Son zamanlar mətbuatda və Milli Məclisin toplantılarında problemlərin  qabardılması, keçən müddət ərzində yüksək nəticələrin əldə edilməməsi məsələləri qaldırılır. Birincisi, onu qeyd etmək istərdik ki, strateji sahə olan təhsilin inkişafı insan şüuru ilə bağlıdır, buna görə də inkişaf təkamül yolu ilə olmalı, bu sistemdə inqilabçılıq yolverilməzdir. İnanmırıq ki, tənqidçilər bunu bilməmiş deyillər. İkincisi, bizcə, təhsil sistemində bu problemlərin üst-üstə yığılmasında  Millət vəkillərinin  də “əməyi” olmuşdur. 1994-cü ildən 1992-ci ildə qəbul edilmiş, mütərəqqiliyi ilə bugünkü tələblərə cavab verən Təhsil qanunu faktiki olaraq dayandırıldı. 2009-cu ilə qədər təhsil sistemi Nazirlik tərəfindən verilən sərəncam, əmr və s. normativ sənədlərlə idarə olundu. Bu illər ərzində təhsil sistemi qanunsuz idarə olunan bir ölkəni xatırladırdı. 

Həmin illərdə Milli Məclisin Elm və Təhsil Komissiyasının sədrləri, üzvləri dəyişdi, müzakirələr başladı və nəhayət  15 ildən sonra Təhsil qanunu hazır bir şəkildə, pedaqoji ictimaiyyətin müzakirəsinə verilmədən, ayrı-ayrı nüfuzlu təhsil ekspertlərinin, hətta Təhsil nazirliyinin bir sıra mütərəqi təklifləri nəzərə alınmadan  cəmiyyətə təqdim edildi. Biz bu yazımızda  heç də qanunu müzakirə etmək niyyətində deyilik. Çünki zamanında fikrimizi bildirmişik.  Amma bununla belə qeyd etmək istərdik ki, bu qanunda o qədər çatışmayan cəhətlər, Azərbaycan  təhsilini  geriyə aparan boşluqlar, bir-birini təkzib edən, onun işlək olmasına mane olan maddələr var ki ... 

Qanunu hazırlayan Millət vəkilləri və Komissiya sədri müsahibələrində bu qanunun Çərçivə qanunu olduğu və yaxın zamanlarda on sahə üzrə Alt qanunlarının işlənəcəyini, mövcud problemlərin bu qanunlarda öz həllini tapacağını vəd etsələr də keçən beş il ərzində bu qanunların ortada olmamasının şahidiyik.  Problemin  kökü budur! Mükəmməl qanunu olmayan sistemdə isə problemlərin olması təbiidir. “Problemli bir ağacın budaqlarını kəsmək yox, onun kökünü müalicə etmək lazımdır” kəlamında deyildiyi kimi. Bizdə  isə budaqlardan yapışırlar..... 

Onu da qeyd etmək istərdim ki, bu günlərdə Təhsil Nazirliyi özünün “Elektron Resurslar” layihəsini cəmiyyətə təqdim etdi. İnnovativ üsul və formanı özündə ehtiva edən və yüksək səviyyədə keçən bu təqdimatda bəzi Millət vəkillərinin iştirakına rəğmən “təhsil sistemində yeniliklər yoxdur” deyən  tənqidçilər təəssüf ki, iştirak etmirdilər. İştirak etsəydilər yeniliklərin olduğunu görərdilər.  

pia.az       


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib

Ən çox oxunanalar