Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhsilimiz buraxılış və qəbul imtahanlarının birləşdirilməsinə hazırdırmı?


Etibar Əliyev: “Bu imtahanların birləşdirilməsi mümkündür”; Kamran Əsədov: “Orta məktəb şagirdlərimiz vahid imtahana hazır deyillər”


Azərbaycanda buraxılış və qəbul imtahanlarının birləşdirilə bilər. Bu məsələyə Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanlarının birləşdirilməsi məsələsinə münasibət bildirərək bunun müzakirə mövzusu olduğunu deyib. M. Abbaszadə qeyd edib ki, 2 il ərzində bu imtahanların çox yığcam və rahat bir modelinin ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulub. 

Bir sıra ölkələrdə bu çoxdan tətbiq edilir. 

Maraqlıdır, Azərbaycan təhsili buna hazırdırmı? “XXI əsr” Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev müəyyən müddətdən sonra vahid imtahan sisteminə keçidin mümkün olacağını dedi: “Buraxılış və qəbul imtahanlarının birləşdirilməsi mümkündür.

Artıq neçə illərdir ki, buraxılış və qəbul imtahanlarını Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aparır. Etiraf etmək lazımdır ki, imtahanların hər ikisinin təşkilində TQDK-nın peşəkarlığı göz önündədir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının biliklərin qiymətləndirilməsi istiqamətində kifayət qədər təcrübəsi var. Buna görə də düşünürəm ki, yaradılmış Dövlət İmtahan Mərkəzi yaxın vaxtlarda imtahanların yığcam və effektiv modelini hazırlayacaq. Dövlət İmtahan Mərkəzinin rəhbərinin bu ideyası həm də sosial sifarişdən qaynaqlanır. Yəqin ki, yaxın 2-3 ildə bu məsələ həllini tapacaq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının hər tədris ilində apardığı elmi-statistik təhlilləri ideyanın gerçəkləşməsi üçün əsas ola bilər. Başqa sözlə, ötən illərin təcrübəsi daha təkmin bir modelin ortaya qoyulmasına yardımçı olacaq. Dövlət İmtahan Mərkəzinin bu ideyası təqdir olunmalıdır”.

Digər təhsil eksperti Kamran Əsədov isə orta məktəb şagirdlərinin vahid imtahana hazır olmadığını dedi:  “Ümumən onu qeyd etmək lazımdır ki, təhsil sahəsində qısa müddətdə tez-tez yeniliklər tətbiq edilməsi müsbət qəbul edilən deyil. Çünki bu nəsillər arasında əlaqəni qırır və yeniliklər cəmiyyət üçün problemə çevrilir. Hər hansı bir dəyişiklik edilən zaman üç suala cavab tapmaq lazımdır: nə üçün edirsiniz, necə edirsiniz və hansı nəticəni əldə etmək istəyirsiniz? 

Təəssüflər olsun ki, bu sualların heç biri bizim qəbul imtahanlarında cavabını tapmır. Əlbəttə ki, buraxılış imtahanları ilə qəbul imtahanlarını birləşdirmək doğru addımdır. Amma bu zaman bir neçə sual ortaya çıxacaq. Buraxılış imtahanları ilə qəbul imtahanlarını birləşdirmək buraxılış imtahanında fənlərin sayını, sualların çətinlik dərəcəsini artırmaq deməkdir. 

Amma bizim adi suallarla buraxılış imtahanlarına gedənlərin biabırçı nəticələri ortadadır. Hətta ali təhsil almaq istəyənlərin və imtahanda iştirak edənlərin 70 faizinin keçid balını toplaya bilməməsi onu deməyə əsas verir ki, bizim orta məktəb şagirdləri vahid imtahana hazır deyil. 

Hesab edirəm ki, buna hələ ki bizim məktəblərimiz hazır deyillər. Nəzərə alsaq ki, burada söhbət buraxılış imtahanları ilə qəbul imtahanlarını birləşdirərkən buraxılış imtahanında fənlərin sayının, sualların çətinlik dərəcəsinin artırılmasından gedir, reallıqda məktəblərimizi buna hazırlamaq yəqin ki, bir ilin, iki ilin işi olmayacaq və deməli yenə də qeyri-müəyyən müddətə gözləməli olacağıq və bundan sonrakı beş-altı il ərzində yenə də xoş olmayan statistik məlumatların şahidi olacağıq. 

Bundan başqa, mən hesab edirəm ki, orta məktəblərlə və qəbul imtahanları ilə bağlı yenilər kifayət qədərdir. Bu qədər təcrübə bəs edər. Bundan sonra ali məktəblərin təhsilinə, ali məktəblərdə kadr hazırlığı və məzunların buraxılışına diqqət yetirmək lazımdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar