Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Telefonun insanın boyun fəqərələrinə zərəri


Anatomiya dərsliklərində insanın başının ağırlığının təxminən 5 kq olduğu yazılır


 Baş aşağı əyilərkən isə bu ağırlıq get-gedə artır. Baş insanın boynu üzərində durduğundan, hərəkət etdiyində ağırlıq boynun üzərinə düşür.

Nəzərə alsaq ki, əlində telefon və ya planşet olan adam saatlarca başını aşağı əyib onunla məşğul olur, boyuna düşən yükün ağırlığını təsəvvür etmək çətin deyil.

Planşet və telefon "xəstəliyi" epidemiya kimi bütün dünyaya yayılıb. Saatlarca boyunu aşağı əyib bu texniki avadanlıqlarla vaxt keçirməyin zərərini ən çox boyun fəqərələri görür. Uzun müddət əyilmiş vəziyyətdə dayanan boyun fəqərələrində narahatçılıqlar meydana gəlməyə başlayır. Əgər gənc yaşlı uşaqlar telefonla normadan çox məşğul olarlarsa, onların fəqərələri əyilir və fəqərəarası sinirlər sıxılmağa başlayır. Sinirlər sıxıldıqca onların qidalandırdığı yerlər də zərər görməyə başlayır. Boyun əzələləri gərginləşir və boyunda ağrılar meydana çıxmağa başlayır. 

Uzun müddət eyni vəziyyətdə əyilib dayanmaq boyun fəqərələrində əyriliyə, yırtığın əmələ gəlməsinə səbəb ola bilir. ABŞ-da bunları araşdıran mütəxəssislərin apardığı araşdırmalar,  əhalinin 58%-inin boyun fəqərələrindəki problemlərin əmələ gəlməsində telefon, planşet və notbukların səbəb olduğu qənaətinə gəlmişlər.

Buna görə də telefonla uzun müddət məşğul olduqda, telefonu elə tutmaq lazımdır ki, boyuna çox yük düşməsin. Azyaşlı uşaqlara və gənclərə telefonla çox oynamağın zərərlərini başa salmaq və onları virtual həyatdan uzaqlaşdırmaq lazımdır. (immunitet.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar