Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Telekanallara xəbərdarlıq edildi


Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib


İclasda “Lider TV və Radio Azərbaycan” MMC və “İctimai Televiziya və Radio Yayımları Şirkəti” tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı və kabel televiziyası yayımı sahəsində tənzimləmə məsələləri müzakirə edilib.  

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın 6.5.3-cü bəndinin tələblərini icra etmədiyinə və Milli Televiziya və Radio Şurasının bununla bağlı tövsiyə və göstərişlərini yerinə yetirmədiyinə, həmçinin “Televiziya və radio yayımı haqqında» Qanunun 35.2, 35.4, 35.7-ci  maddələrinin tələblərini pozduğuna görə “Lider TV və Radio Azərbaycan” MMC-yə xəbərdarlıq elan edilib.

Eyni zamanda «Televiziya və radio yayımı haqqında» Qanunun 35.2, 35.7, 35.8-ci maddələrinin və “İctimai televiziya və radio yayımı haqqında” Qanunun 15.3-cü maddəsinintələblərini pozduğuna görə “İctimai Televiziya və Radio Yayımları Şirkəti”nə xəbərdarlıq elan edilib.

İclasda həmçinin kabel televiziyası yayımı sahəsindəki mövcud vəziyyət müzakirə olunub və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi zərurəti qeyd edilib. Eyni zamanda “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 30.2-ci maddəsinə və Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 9.1-ci bəndinə uyğun olaraq kabel televiziyası yayımı sahəsində tənzimləmə məsələləri ilə bağlı  bir sıra qərarlar qəbul edilib.(modern.az)  

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar