Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Telman İsmayılov niyə vurulur?


Telman İsmayılova təzyiqlərin və şantajların arxasında siyasi məqsədlər durur?


Bir ilə yaxındır Rusiya mediasında yəhudi əsilli azərbaycanlı iş adamı, AST şirkətlər qrupunun prezidenti, oliqarx Telman İsmayılovun adı müxtəliş xarakterli cinayətlərdə hallanır. 

Rusiya KİV-ləri onu maliyyə fırıldaqçılığından tutmuş adam qətl sifariş verilməsinə qədər çeşidli cinayətlər “ittiham edir”. Bu qədər “cinayətlər”ə baxmayaraq, Telman İsmayılovla bağlı qiyabi də olsa nə həbs qəti imkan tədbiri seçilib, nə də axtarış elan olunub. Lakin son hadisələr- cənab İsmayılovun qardaşı və oğlu ilə bağlı Rusiya mətbuatında yazılanlar onu deməyə əsas verir ki, yaxınlarda oliqarx həmyyerlimizin başının bərk ağrıyacaq. Hətta ola bilsin ki, Telman İsmayılov un həbsi də reallaşsın. 

Əslində nə baş verir?

Telman İsmayılov ətrafında aparılan “qara PR”-ın, o cümlədən ona qarşı irəli sürülən adam öldürməyi sifariş etmək kimi ciddi cinayət işlərinin əsasında nə dayanır? Bu barədə Telman İsmayılova yaxın olan məlumatlandıran mənbə MilliYol-a bildirib ki, RF hüquq-mühafizə orqanları tərəfindən açılan və bəziləri dondurulan istintaq hərəkətlərinin Rusiya və yerli mətbuatda anons edilməsində məqsəd İsmayılovun qarşısına Rusiya hakimiyyəti tərəfindən qoyulan tələbələrə razı salmaq məqsədi ilə həyata keçirilir. Mənbə qeyd edib ki, Telman İsmayılova təzyiqlərin və şantajların arxasında siyasi məqsədlər durur və Telman İsmayılovun həbsinin yubadılması məhz buna görə yubadılır. Ümid edilir ki, yəhudi əsilli azərbaycanlı milyarder nəticədə qarşısına qoyulan şərtlərlə razılaşacaq. 

Bəs Telman İsmayılovdan nə istənilir? 

Bu sualı cavablandıran mənbəmiz qeyd edib ki, Rusiya hakimiyyəti Telman İsmayılovu Azərbaycandakı siyasi prosseslərə cəlb etmək istəyir. Bildirildiyinə görə, rəsmi Moskva 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkiləri ərəfəsində yeni layihələr hazırlayıb və bu projelərin maliyyələşməsi işinə azərbaycanlı milyarderləri cəlb edib. Başda İlham Rəhimli, Fərhad Əhmədov, Qod Nisanov olmaqla, bir çox əslən azərbaycanlı milyarderlər Rusiya xüsusi xidmət orqanlarının sözündən çıxmasa da, Telman İsmayılov digərlərindən fərqli davranıb. O, tez-tələsik öz şirkətlərini məhkəmə qaydasında müflis elan edərək iflas olduğunu və antiAzərbaycan planlarına dəstək verə bilməyəcəyini diqqətə çatdırıb. Bundan sonra isə Rusiya kəşfiyyatı Telman İsmayılovu yolundan döndərmək üçün çeşidli şantajlara əl ataraq onu müxtəlif cinayətlərdə ittiham edir.  

Mənbə bldirib ki, son hadisələr də Telman İsmayılova qarşı tətbiq edilən cəza və təzyiqlərin tərkib hissəsidir. (milliyol.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar