Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Telman İsmayılovun otelinin satılması xəbəri təkzib olundu



Azərbaycan əsilli iş adamı Telman İsmayılov tərəfindən 1 milyard 400 milyon dollar sərmayə qarışılığında inşa olunan, Antalyanın Kundu sahilində yerləşən Avropanın ən lüks oteli Mardan Palace-nin satışa çıxarılması ilə bağlı xəbərlərə aydınlıq gətirildi


Mardan Palace-dən Oxu.Az-a daxil olan məlumata görə, otelin rəhbəri Natik Abbasov və baş direktoru Çətin Pəhləvan məsələ ilə bağlı açıqlama yayıblar.

Fərqli sahələrdə fəaliyyət göstərən şirkətlər qrupunun turizm sektorundakı ilk layihəsi olan Mardan Palace otelinin qürur gətirən bir layihə olduğunu bildirən Natik Abbasov türkiyəli məmurlarla kredit münasibətlərindən irəli gələn məsələlərin mətbuatda otelin satışa çıxarılması kimi yayıldığını bildirib.

Abbasov hazırda qonaqları qəbul etməkdə olan Mardan Palace otelinin yaranmış məsələlərlə bağlı heç bir əlaqəsinin olmadığını vurğulayıb.

Otelin baş direktoru Çetin Pehlivan isə Mardan Palace-nin fəaliyyətə başladığı 2009-cu ildən indiyədək “bu tip spekulyativ xəbərlərin yayımlandığını, lakin otelin xidmət keyfiyyətinə heç bir təsir göstərmədiyini, hər il 144 müxtəlif ölkədən xeyli sayda insanın Mardan Palace-yə gəldiyini, otelin 1000 nəfərlik xidmət personalı ilə saray xidməti göstərdiyini və bundan fəxr etdiklərini bildirib”.

“Yayılan xəbərlərin əksinə olaraq, hazırda otel demək olar ki, tam doludur. 3 həftə davam edən Novruz bayramları ilə əlaqədar Mardan Palace-yə xeyli sayda iranlı turist gəlib. 2015-ci il mövsümü üçün hazırladığımız konsertlər və event proqramlarına indidən sifarişlər daxil olur. Hər il may ayında keçirdiyimiz və rusiyalı turistlər arasında populyar olan MY MAY festivalı bu il də yaz mövsümünə öz damğasını vuracaq”, - deyə, Çetin Pehlivan bildirib.

Pehlivanın sözlərinə görə, bu günə qədər “Turizmin qızıl sarayı” adlandırılan, 1, 4 mlrd. dollara başa gəlmiş Mardan Palace təkcə maddi dəyər deyil, həm də bu layihəyə inanan peşəkar bir komandanın əməyinin nəticəsi olduğunu, həm ölkə daxili, həm də xaricində məşhur olduğunu bildirib.

Öz növbəsində Natik Abbasov yayılan əsassız xəbərlərin Türkiyəyə sərmayə yatırmağı planlaşdıran investorlar, türk turizmi üçün mənfi nəticələrə səbəb olacağını vuruğulayıb.

Qeyd edək ki, bundan əvvəl mətbuatda yayılan məlumatlarda azərbaycanlı milyarder Telman İsmayılovun atasının adını daşıyan və 1,4 milyard dollara başa gələn, dünyanın ən dəbdəbəli otellərindən olan yeddiulduzlu “Mardan Palace”a Antalya bələdiyyəsi tərəfindən həbs qoyulması və satışa çıxarılması bildirilirdi.

Xəbərə görə, otel Antalya bələdiyyəsinin 4-cü İcra Müdirliyi tərəfindən iyunun 3-də hərraca çıxarılacaq. Borclara görə həbs edilmiş daşınmaz əmlakın satışını təşkil edən icralik.com saytının idarə heyətinin rəhbəri Emrah Özoral bildirib ki, otelin hazırkı bazar dəyəri 650 milyon TL-dir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar