Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tənhalıq kimə lazımdı?


Dünən nəvəsi zəng vurub əmimə ki, bəs anamın tutması tutub, çırpır özünü divardan-divara. Zalım ciddi-ciddi “link at, baxım” - deyib. Bu əndrəbadi zəmanəni lənətə gəlsin


Biz ki səhər acqarına, üzümüzü yumamış bir siqaret yandırarıq eynisini sosial şəbəkələrə tətbiq etmirikmi? Yuxusunu yazıb-yozduran kim, axşamkı pozalarından nəql edən kim... 
 
Lənətə gəlmiş şəbəkələr, xəstə eləyib məni. Atamın ölüm xəbəri yolda çatmışdı mənə - rayona gedirdim.  Xəbəri alar-almaz status yazdım ki, Atam öldü, rayona gedirəm. Bu bir yana qalsın, anam girib rəy yazıb ki, səbirli ol bala.
 
Hansısa lotu öləndə sinə daşının üstünə link yazıblar ki, bu linkə daxil olub yas mərasimini və ölüm anını izləyə bilərsiniz.
 
Bu Mahmud ki var, İkinci, bir dəfə kafedə danışdığım söhbəti götürüb köşə eləyib, atıb mənə redaktəyə. Demişdim ki, Üzeyir Hacıbəyov və o dövrdən ta bura qədər tanıdığımız sənət adamları heç biri Azərbaycanca düşünməyib. Azərbaycanlı kimi düşünüb dahi olmaq mümkün deyil. Düşünmək alt şüura enməkdir ki, bizlərin alt şüuru bir topa ölü mövzulardan, çürük ideyalardan ibarət.
 
Azərbycanlı yazar və yazarələr var xaricdə. Ki, onlar baş götürüb gediblər bizdən. Di gəl, gedib Sürixdə “nənəmin örpəyi” janrında kitablar tirajlamaqdadırlar. A kişi, Qız qalasından yazır, yol mədəniyyətindən yazır, amma azərbaycanlı kimi... Məsələnin içindən baxır məsələyə. Təfəkkür olaraq azərbaycanlıdı, fiziki olaraq sərhədləri aşıb.
 
O qədər şair tanıyıram ki, ölü mətnləri ağzının suyu axa-axa qafiyələndirib. Kimə lazımdı bu?
 
Ədəbiyyat fotoqrafiya deyil ki, olduğu kimi çəkib qoyasan sətirlərə. Duyğu sümürüsü, ayrılıq, tənhalıq kimin nəyinə lazımdı?
 
Ədəbiyyat dünyanı yenidən dərk etməkdi. Di gəl ki, bizimkilər illərdi çevir tatı-vur tatı prinsipiylə saç ağardır. Bioqrafik janrda esselər, kənd həyatından dastanlar bağlayır.
 
Biri çoban itinin kəsilmiş qulaqlarını gətirir ədəbiyyata, biri kənddəki lətifələri.
 
Ədəbiyyat lətifələrə uduzub!
 
Bizim kənddəki Möhübbət kişinin dramatik sevgi hekayəsi avropalıya nə qədər maraqlı ola görən?
 
Bəşəri ideyalar, qlobal məsələlər 1258  köynək uzaqdı ədəbiyyatımızdan.
 
Qocalara ümid yoxdu. Bənövşəyi qalstuk bağlayıb, qarından eyvan düzəldən ölüb zatən. İyirmi il bundan əvvəl ölüblər, torpaq da götürmür leşlərini.
 
Baxırsan otuz yaşı var, yapışıb tarixdən, bioqrafiya yazır.
 
Daş başına!
 
Ona qalsa monqolların o boyda imperatorluğu vardı, indi acından dabanlarını gəmirirlər. Tarix ölü mətndi! (Biri mütləq çıxıb yazacaq ki, tarixin bilməyən nadandır).
 
Roman kitabları Quran qədər müqəddəsdi! (Roman deyirəm e, söhbət bozbaşdan getmir)
 
Avropalıya dolma bükməkdən, kəlağayıdan bəhs etmək deyil ədəbiyyat.
 
Dünya aşıq şeirimizlə, dastani-lətifeyi-xocanəsrəddinimizlə tərs-mütənasibdi.
 
Ayaqüstə kirayə qalan, 50 il bundan əvvəl ölmüş yazarlar var, iyləniblər. Süpürüb atmaq lazımdı tarixin zibilliyinə.
 
Neynəmisiz ki? Barmağını qatla ki, filan şey eləmişəm.
 
Sizi and verirəm bərəkətə, Facebookda “SÖZ NURU” səhifəsini tapın. Bir qrup bozbaş kişi və evdar qadının soğan-turşu janrında icmasıdır. Götürün dəftərlənizi də ....!
 
Reklam üçün söz atmıram e, məni sizdən çox adam tanıyır, Şəhriyarın ölmüşü.
 
A kişi ölmüsüz siz!
 
Virus yayılır sizdən gənclərə də. Gedin gömün özünüzü!
 
Ədəbiyyatda nə qədər 70-dən əvvəl doğulmuşlar var - hamısı ölü, hamısı gəzən meyit!
 
Tənqidçilərindən tutmuş, şairlərinə qədər - apar tulla!(lent.az)

Ömər XƏYYAM

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar