Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tənzilə Rüstəmxanlı nümunəsi



Eldəniz Elgün yazır


Xocalı soyqırımının 23 –cü ildönümü dünyanın bir çox yerlərində, o cümlədən Türkiyədə də yad edildi. Azərbaycandan Türkiyəyə gedən onlarla işıqlı azərbaycanlı Heydər Əliyev Fondunun həyata keçirtdiyi “Xocalıya ədalət” kampaniyasında aktiv iştirak etdilər. Bu işıqlı insanlar arasında Tənzilə Rüstəmxanlını da gördüm və bu məqam diqqətimi xüsusi ilə cəlb etdi. Çünki Tənzilə Rüstəmxanlının bacısı haqq dünyasına yenicə qovuşmuşdu vəı bu faciə Tənzilə Rüstəmxanlıya çox pis təsir etmişdi. Onun bacısı ilə bağlı yazdığı kövrək yazı yadıma düşdü və mənə ən çox təsir edən hissə bu idi:” Çünki ürəyimizin ən isti yerindəsən… 

Tengizimin, Dənizimin, Cəmilimin, Aydanımın gözlərindədir gözlərinin gözəlliyi, baxışlarının saflığı… Mən onlardan təsəlli tapacam, qəlbim qan ağlasa da… Üsyan etmədim, etmirəm, Allahım səni yanına aldı deyirəm, Onun sevgili qulu olduğun üçün… Anana, Babana və cavan qardaşın Xanlara qovuşdun… Mən səni o qəzadan qoruya bilmədim, onlar səni qorusun… Hamımızın balaca bacısı, bizi orada qarşılamaq üçün getdin. Anan yerinə qoyduğun Nazilə bacının ürəyi yanğın yerinə döndü. Ağılar dilində gül açdı, Könül oyansın deyə... Şahbazın gözü yol çəkir, səni apardığı yollardan sağ-salamat dönəsən deyə. “Kaş aparmasaydım” deyir, bilirəm, hələ çox “kaş” deyəcək. O qədər çox “kaş”lar var ki... Yatdığın torpağı öpərək, “görüşəcəyik” deyirəm, Sultan Könülüm…”.Amma Türkiyədə minlərlə insan qarşısında Xocalı faciəsini anladan Tənzilə Rüstəmxanlını görəndə içimdə bir ümid yarandı. Nə idi o ümid? 

- Bu gün öz faciəsini bir anlıq da olsa kənara qoyub xalqın ümumi faciəsini gündəmə gətirən işıqlı insanlarımız hələ də var.

- Öz dərdini bir anlıq da olsa unudaraq millətin dərdini dünyaya çatdırmağa çalışan nurlu insanlarımız hələ də var.

- Bu milləti, bu xalqı, bu dövləti hər kəsdən və hər şeydən uca tutan ləyaqətli insanlarımız hələ də var.

Məncə Tənzilə Rüstəmxanlı bütün dərdlərə baxmayaraq Xocalı soyqırımını insanlara tanıtdırmaq üçün Türkiyədə etdikləri bir NÜMUNƏ oldu. Bu NÜMUNƏ həm də onu sübut etdi ki, Tənzilə Rüstəmxanlı ruhlu, əxlaqlı işıqlı insanlarımız nə qədər varsa biz o qədər məğlubedilməz olacaq, Xocalı faciəsi kimi faciələrimizi dünyaya çatdıra biləcəyik. Etiraf edim ki, Tənzilə Rüstəmxanlının yaşadığı o ağrıları mən yaşasaydım onun kimi öz ağrımı bir kənara qoyub, bir xalqın faciəsini dünyaya eşitdirmək üçün addım ata bilməzdim. Tənzilə Rüstəmxanlı isə bunu edə bildi və Azərbaycana bir Tənzilə Rüstəmxanlı NÜMUNƏSİ gətirə bildi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar