İstanbulun “Beşiktaş” komandasının almaniyalı hücumçusu Mario Qomez terror qorxusundan Türkiyədən qaçdı, lakin terrordan qaça bilmədi
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, qardaş ölkədə yaşanan terror olaylarını bəhanə edərək müəmmalı bir şəkildə komandadan ayrılan Qomez rahat yaşamaq üçün Almaniyanı seçib. Ancaq onun terrordan qaçmaq cəhdi heç də uğurlu alınmayıb.
Belə ki, Qomezin Münxendə gerçəkləşən toy günündə adıçəkilən şəhərdə dəhşətli terror baş verib. Qomezin şəhərin terror olan məntəqəsindən bir neçə saat öncə keçdiyi bildirilir.
Qeyd edək ki, Qomez feysbuk hesabından açıqlamasında bunları qeyd etmişdi: “Türkiyədəki terror hadisələrinə görə “Beşiktaş”dan ayrılmaq məcburiyyətində qaldım”.
pia.az