Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Terrordan qazananlar



Yanvarın 7-də Parisdə satirik “Charlie Hebdo” jurnalının redaksiyasına edilən terror hücumu öz “bəhrəsini” verməkdədir


 Bu terrordan sonra baş verən bir sıra hadisələr, o cümlədən atılan bəzi addımlar bunu deməyə əsas verir. Hadisələr isə çox sürətlə cərəyan edir. 

Qeyd edək ki, Parisdə terror hadisəsi Avropada anti-İslam çağırışlarının artdığı bir vaxtda törədilib və gözlənildiyi kimi, bu dalğanı daha da şiddətləndirib. Baxmayaraq ki, Fransada və Almaniyada bu hadisənin İslam dini ilə əlaqəsinin olmadığına dair çağırışlar, aksiyalar keçirildi. Məlum olub ki, son bir həftədə Fransada məscidlərə, İslam mərkəzlərinə, eləcə də müsəlmanlara hücumlar artıb. Son 6 gündə ölkədə müsəlmanlara qarşı 60 irqçi hücum qeydə alınıb və vəziyyət daha da pisləşir. Hətta o həddə ki, artıq Fransanın xarici işlər naziri bəyanat verərək olayları pisləməyə məcbur olub. 

Daha bir məqam ondan ibarətdir ki, bu günlərdə Fransa parlamenti İraqda İslam Dövlətinə qarşı hava hücumlarında iştirak müddətinin artırılması ilə bağlı qərar qəbul edib. Milli Assambleyada çıxış edən baş nazir Manuel Valls deyib ki, Fransa dinə qarşı deyil, ekstremizmə qarşı müharibə aparır. O, Fransanın terrorizm, cihad və radikal islam əleyhinə müharibə apardığını bildirib. Baş nazir Fransanın vətəndaşlarını müdafiə edəcəyini deyib. Yeri gəlmişkən, Fransanın Liviyada və terror olayının məsuliyyətini öz üzərinə götürmüş Yəmən əl-Qaidəsinə qarşı mübarizə məqsədilə Yəmənə ordu yeridəcəyi ilə bağlı məlumatlar yayılmağa başlayıb. Yeri gəlmişkən, artıq əl-Qaidənin Yəmən qolu video-müraciətlə çıxış edərək Paris terrorunun məsuliyyətini öz üzərinə götürüb. 
Və nəhayət, məhz terror olayından sonra müsəlmanlar üçün həssas məsələ olan Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturasının yayılması artıb. Avropanın bir sıra nəşrləri karikaturaları təkrar dərc edib. BBC kimi müsəlman dünyasında geniş şəbəkəsi fəaliyyət göstərən yayın quruluşu uzun illər tətbiq olunan Peyğəmbərin rəsmini yaymaqla bağlı məhdudiyyəti aradan götürüb. 

Yanvarın 14-də 3 milyon tirajla satışa çıxarılacaq “Charlie Hebdo” jurnalının üz qabığında Məhəmməd Peyğəmbərin ağlayan rəsmi yer alıb. Məhəmmdə Peyğəmbərin (s.ə.s) rəsmi olaraq təqdim olunan karikaturada “Mən Çarliyəm” yazılan plakat tutub, başının üzərində isə “Hər şey bağışlanandır” sözləri yazılıb. Yeri gəlmişkən, artıq Azərbaycanda da saytlardan biri sözügedən karikaturanı yayıb və bu, geniş müzakirələrə səbəb olub. 
Terror olayından sonra karikaturanın yenidən və daha geniş şəkildə yayılması düşünülmüş provokasiya təsiri bağışlayır. Çünki aydındır ki, bu rəsmlər müsəlmanları qəzəbləndirir, etirazlara səbəb olur. Ancaq eyni zamanda paralel olaraq İslam əleyhdarlarını da hərəkətə gətirir, daha da qızışdırır.

Aydın görünən odur ki, bu prosesdən və terrordan sonra nifrətin qızışdırılmasında maraqlı qüvvələr var. əl-Qaidə, Taliban, İŞİD və sair radikal islamçı qruplar bu hadisələrin müsəlmanlara qarşı təzyiq, Avropa irqçiliyi, İslamın Qərbdə əzilməsi hadisəsi kimi təqdim etməkdə maraqlıdır. Çünki bu zaman narazıların üz tutacağı əsas ünvan Qərbə qarşı radikal çağırışlar edən əl-Qaidə, İŞİD kimi qruplar olacaq. Ümumilikdə Avropada İslama qarşı hücumların artması müsəlmanlar arasında nifrəti, radikalizmə yuvarlanma riskini daha da artıracaq. Təcrübə göstərir ki, radikal qrupların “çiçəklənmə” dövrü məhz bu cür hadisələr zamanı olur.  

Eyni zamanda görünən odur ki, vəziyyətin bu şəkli alması Avropada da bir çoxlarını təmin edir. Sağçı siyasi qrupların, millətçilərin daha da fəallaşması onu göstərir ki, Avropada “ümumi düşmən” obrazının tapılması bir çoxlarının işinə yarayır. Artıq hər iki tərəf razıdır. İslamçı terrorçular Qərbin timsalında Peyğəmbəri təhqir edən, müsəlmanları əzən, aşağılayan Qərb obrazını yenilədilər. Eyni zamanda Avropanın radikal sağçı, millətçi dairələri üçün müsəlmanların şəxsində ümumi düşmən tapılıb. Hər iki tərəf məmnundur. Ortada əzilən, rahat həyatları əlindən alınansa sadə insanlardır. (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar