Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Terrorla yanaşı yaşamaq vərdişi

Yaponlar zəlzələdən qorxmurlar, çünki vərdiş ediblər. Onlarda “zəlzələdən qorxmaq lazım deyil, zəlzələ ilə yanaşı yaşamağı öyrənmək lazımdır” kimi bir neo-hikmət mövcuddur


Türkiyədəki silsilə terror aktları Yaponiyadakı yeraltı təkanlara dönüb. Ancaq hələlik terrorla yanaşı yaşamaq mümkün deyil, terror olan yerdə həyat yoxdur.

İndilikdə yalnız media terrorla yanaşı fəaliyyət göstərir, ölkədə və ya dünyada dəhşətli terror hadisəsi baş verəndə media avtomatik olaraq terror moduna keçir.

İlk xəbər adətən belə olur: “... şəhərində terror aktı baş verib - yaralananlar var”. İki cümlə, üç sətir. Sıfır təfərrüat.

Üç dəqiqə keçir. Xəbər yenilənir: “...şəhərindəki terror aktında 3 nəfər ölüb, beş nəfər yaralanıb”. Teraktı naməlum kamikadze törədib.

On dəqiqədən sonra artıq terror xəbərində xeyli yenilik var: “Teraktda ölənlərin sayı 10-u keçib, yaralılar 30-a çatıb. Terrorun hədəfi filan yerdir”.

Daha sonra dövriyyəyə terrora məruz qalan ölkənin baş səhiyyə idarəsinin rəsmiləri çıxır. Bundan belə ölənlərin və yaralananların sayına onlar baxır.

Eyni zamanda kriminalistlər olaya müdaxilə edirlər, terroru törədənlər barədə ilk informasiyalar verilir.

Ölkənin prezidenti və ya baş naziri çox ləngimir, kameralar qarşısına çıxır, terroru lənətləyir, deyirlər ki, bu terakt demokratiyaya, mədəni dünyaya müharibə elan etməkdir. 

Səhiyyə rəsmiləri ölənlərin sayının artdığını bildirir, ağır yaralananların hesabına ölənlərin sayının artacağını istisna etmirlər. 

Kriminalistlər teraktı törədənlərin mənsub olduğu təşkilatın adını çəkir, kamera görüntülərinə əsasən onların kimliyini müəyyən etmək üzrə olduqlarını bildirirlər.

Qonşu və uzaq ölkələrdən terroru qınaq bəyanatları və başsağlığı mesajları gəlir. Bu sırada həmin ölkəni istəməyən düşmən ölkələrin rəhbərləri də olur.

Prezident və ya baş nazir hospitala baş çəkir, yaralılarla görüşür, sonra telekamera önünə keçərək, terrorun cəzasız qalmayacağını, onu törədənlərin mütləq cəzalandırılacağını bəyan edirlər.

Səhiyyə rəsmiləri ölənlərin və yaralananların sayına dair son rəqəmi açıqlayırlar. Rəqəmin böyüklüyü əhalini sarsıdır.

Kriminalistlər terrorçuların kimliyini təsbit edir, adlarını çəkir, əlaqələrini açıqlayırlar. Adı çəkilən terror qruplaşması məsuliyyəti ya lovğa-lovğa öz üzərinə götürür, ya da bic tərpənib, götürmür.

Prezidentin və ya baş nazirin rəhbərliyi ilə ölkənin təhlükəsizlik şurasının təcili toplantısı keçirilir, xüsusi xidmət və asayiş orqanlarının rəhbərlərinin hesabatı dinlənilir.

Dünya birliyi, ikinci, üçüncü dərəcəli ölkələr, eləcə də dördüncü, beşinci dərəcəli beynəlxalq qurumlar, o cümlədən onuncu, otuzuncu dərəcəli təşkilatlar terroru qınayan məlumatlar yayırlar.

Bunların hamısı mediada işıq üzü görür, yayılır. Politoloqlar terrora aid ilkin analizlərini ortaya qoyurlar. Sonra o analizlər dərinləşir və mütləq bu terrorda ABŞ-ın və ya Rusiyanın, bəzən isə ikisinin də əlinin ola biləcəyinə dair gümanlar irəli sürülür.

Bir az sonra daha ağıllı ekspertlər yavaş-yavaş eyham edirlər ki, bu teraktı filan-filan səbəblərə görə ölkə hakimiyyətinin özü törətmiş ola bilər - hansısa məqsədə çatmaq üçün.
Səhiyyə rəsmiləri ağır yaralılardan daha birinin öldüyünü xəbər verir və siyahının başını bağlayırlar. Ölənlərin və yaralıların siyahısı, yaşları, cinsi tərkibləri açıqlanır.

Kriminalistlər terrorçuların bütün əlaqələrini aşkara çıxarır, terrorun nə cür hazırlandığını göstərirlər. Bir neçə şübhəlinin həbs olunduğu xəbər verilir.

Daha sonra ölənlərin bəziləri haqda ürəkparçalayan detallar məlum olur: “Üç gün əvvəl toyu olubmuş”; “Bir həfədə sonra nişanlanacaqmış”; “15 gündən sonra övladı doğulacaqmış”; “15 il əvvəl atası da terror hadisəsində ölüb” və s.

Dünyadan başsağlığı mesajlarının gəlməsi, terrora kömək edənlərin həbsi, yüngül yaralıların evə buraxılması, həlak olanların dəfni, terrora aid təfərrüatların açıqlanması, versiyaların şaxələnməsi, hadisənin turizm sektoruna mənfi təsiri barədə ekspertlərin açıqlamaları davam edir.

Mediada terrorda ölümdən qıl payı qurtulanların hekayətləri yayılır - 5 saniyəlik gecikmə və ya tələsmə onların həyatını xilas edib. “Qismət” deyə müdrik-müdrik rezüme edənlərin sayı artır.

Sonra... sonra hər şey növbəti terror aktı baş verənə qədər unudulur. 40 gündən sonra jurnalistlər “müdhiş terakt”ın baş verdiyi günü xatırlamaq üçün Google-yə baxırlar.
Həmin gün və ya ertəsi gün yeni bir terror aktı baş verir və mediada ilk xəbər yayılır. İki cümlə, üç sətir...(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar