Azyaşlı uşaq quyuya düşərək ölüb
Ötən gün Tərtər rayonunda bədbəxt hadisə baş verib.
PİA.AZ-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə rayonun Köşərli kəndində baş verib.
Belə ki, kənd sakini, azyaşlı Yusif Həsənli həyətdəki quyuya düşüb.
Uşaq quyuda ölüb. Onun hansı şəraitdə quyuya yıxılması hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.