Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tərtərdə növbəti səyyarqəbul-görüş keçirildi - Fotolar


Təmas xəttinə yaxın yerləşən Qaraağacı kəndində növbəti səyyarqəbul-görüş keçirilmişdir


Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əhalinin problemlərinin həllinə diqqətlə yanaşılır. Rayon rəhbərliyi tərəfindən kəndlərdə mütəmadi olaraq görüşlər keçirilir, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli məqsədilə ardıcıl tədbirlər görülür.

Belə görüşlərdən biri də aprelin 21-də rayonun təmas xəttinə yaxın yerləşən Qarağacı kəndində keçirilmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri, kənd sakinləri iştirak etmişlər.

Əvvəlcə Qaraağacı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Zakir Əliyev məlumat verərək bildirmişdir ki, Qaraağacı kənd İƏD üzrə nümayəndəlik üç kəndi, Qaraağacı, Qapanlı və Qaradağlı kəndlərinin əhatə edir. 712 təsərrüfatı, 1975 hektar ərazisi olan İƏD üzrə nümayəndəlikdə 2985 nəfər əhali yaşayır. Kəndin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. 

Sonra müraciətlər oldu. Kənd sakinlərindən Məzahir Quluyev, Fitat Əliyeva, Fərman Qurbanov, Məhəmmədəli Həmidov, Cümşüd Vəliyev, Şahnaz Cabbarova və başqaları kənddə əhalinin həyat şəraiti və mövcud olan bəzi problemlərdən söz açaraq, arzu və təkliflərini bildirmişlər. Qeyd olunmuşdur ki, kənddə aparılan abadlıq-quruculuq işləri nəticəsində kəndin yoluna asfalt örtüyü salınmış, evlərə qaz, içməli su, telefon xətləri çəkilmiş, küçələrdə müasir gecə işıqlandırma sistemləri quraşdırılmış, suya olan təlabatın ödənilməsi üçün yeni subartezian quyuları qazılıb istifadəyə verilmişdir. Müraciət edənlər görülmüş işləri qeyd etməklə yanaşı Qapanlı kəndində yeni körpələr-evi uşaq bağçasının tikilməsi, Qaraağacı kənd tam orta məktəbinin əsaslı təmir olunması, 1978-ci ildən istismar olunan elektirik dirəklərinin və naqillərinin dəyişdirilməsi, suvarma suyuna olan təlabatın ödənilməsi üçün iki ədəd yeni subartezian quyusunun qazılması kimi təkliflər də vermişlər.

Səyyar qəbul-görüşü yekunlaşdıran Tərtər rayonu İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışaraq bildirilmişdir ki, rayonda həyata keçirilən tikinti-abadlıq və quruculuq sahəsində işlər bundan sonra da davam etdiriləcəkdir.

Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin böyük əksəriyyəti yerindəcə həllini tapmış, digər məsələlərin  həlli istiqamətində isə  aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir.Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlıqlarını bildirmişlər.

Qəbuldan sonra rayon rəhbəri ön xəttdə yerləşən Qapanlı kəndində olmuş, yerli əhalinin problemləri və qayğıları ilə maraqlanmışdır.





pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar