Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tərtərdə tibbi müayinə uğurla davam etdirilir - Fotolar


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fevralın 17-dan mayın 1-dək bütün ölkə vətəndaşlarının icbarı tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı Tərtər rayonunda böyük ruh yüksəkliyi ilə icra olunur


PİA.AZ-a daxil olan məlumata görə, tibbi müayinələrin yüksək səviyyədə təşkil edilməsi üçün rayon icra hakimiyyətində yaradılmış komissiya təbliğat-təşviqat işlərini davam etdirir.

Tibbi müayinə rayon Mərkəzi Xəstəxanası, Azadqaraqoyunlu və Bəyimsarov kənd xəstəxanalarında aparılır. Rayonda əhali arasında aparılan maarifləndirici tədbirlərin nəticəsidir ki, hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisəsinə gələrək tibbi müayinədən keçir. 

Bu günədək rayonda 41 yaşayış məntəqəsində, ümumilikdə 50782 nəfər vətəndaş tibbi müayinədən keçmişdir. onlardan 3727 nəfər ambulator, 63 nəfər isə stasionar müalicəyə cəlb olunmuş, 23 nəfər isə müalicə üçün Bakı şəhərinə göndərilmişdir.Xəstəlik aşkar edilən şəxslərin müalicəsi istiqamətində də işlər görülür, pulsuz dərmanla təmin olunur. 

Eyni zamanda, müəssisələrdə işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar xəstəxanalara gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərirlər.Aparılan kütləvi tibbi müayinələrin insanların sağlamlığı üçün olduqca böyük əhəmiyyəti vardır. 

Belə müayinələr insanlar arasında bir sıra xəstəlikləri erkən aşkar etməyə, vaxtında və dəqiq müalicə aparmağa imkan yaradır. Dövlət başçısının vətəndaşların pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı xəstəliklərin profilaktikası istiqamətində atılan uğurlu addımlardandır.







pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar