Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tərtərin Cəmilli, Bayandurlu və Borsunlu kəndlərinə təbii qaz verilib

Cəbhə bölgəsinsə yerləşən Tərtər rayonunun yaşayış məntəqələrinin təbii qazla təmin olunması istiqamətində tədbirlər davam etdirilir


Noyabırın 26-da rayonun Cəmilli və  Bayandurlu kəndlərinə təbii qazın verilməsi münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyətinin nümayəndələri, Milli Məclisin deputatı Sahib Alıyev, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri və kənd sakinləri iştirak etmişlər.

Kənd ağsaqqalı Əfsəl Binnətov, sakinlərdən Səfayət Xəlilova, Ələddin Əliyev çıxış edərək uzun illər kəndlərində mavi yanacaq olmadığından çox əziyyət çəkdiklərini və yanacağa olan təlabatın ödənilməsi üçün daha çox vəsait xərcləndiyini qeyd etdilər. Qış fəsli ərəfəsində kəndlərinə təbii qazın verilməsini böyük sevinclə qarşıladıqlarını, yaşadıqları kəndin “mavi yanacaq”la təmin olunduğuna görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.

Tədbirdə Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Oktay Qarayev çıxış edərək təbii qazın verilməsi münasibəti ilə sakinləri təbrik etdi. Qeyd etdi ki, 2230 nəfər sakini olan Cəmilli kəndində 315 ədəd, 503 nəfər sakini olan Bayandurlu kəndində isə 76 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. Hər iki kənddə birpilləli sistem əsasında ümumilikdə 23400 paqonometr uzunluğunda müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmişdir.

Tədbirdə iştirak edən Milli Məclisin deputatı Sahib Alıyev də uzun illərdir yanacaq sarıdan əziyyət çəkən kəndlərə təbii qazın verilməsi münasibətilə sakinləri təbrik etdi, təbii yanacağın bütün mənzillərə sevinc, hərarət gətirməsini arzuladı.

Tədbirin sonunda Tərtər Rayon İcra Hakimiyyəti başçısı  Müstəqim Məmmədov çıxış edərək təbii qazın verilməsi münasibəti ilə sakinləri təbrik etdi. Bildirdi ki, son illərdə respublikamızda sürətli sosial-iqtisadi inkişaf müşahidə edilir, ölkəmizdə mühüm enerji, nəqliyyat və yol infrastrukturu layihələri icra olunur, o cümlədən Tərtər rayonunda da tikinti-quruculuq və abadlıq işləri aparılır. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı” Dövlət Proqramına uyğun olaraq rayonun yaşayış məntəqələrinə təbii qazın verilməsi işləri də uğurla davam etdirilir. Hazırda Tərtər şəhəri ilə yanaşı 30 kəndimiz qazla təmin olunmuşdur. Sarov, Bəyimsarov, Qaradağlı, Seydimli, Köçərli, İlxıçılar, Azad Qaraqoyunlu, Dəmirçilər, Ağkənd, Kəbirli kəndlərində çəkiliş işləri surətlə davam etdirilir.

Sonra rayon rəhbəri ağsaqqalların iştirakı ilə “mavi alov”un açılışını bildirən rəmzi məşəli alovlandırmış, kənd sakini Ələddin Əliyevin fərdi yaşayış evində təbii qazın alovlandırılmasında iştirak etmişdir.

Borsunlu kəndinə də qaz çəkilib

“Düşmənlə təmas xəttində yerləşən Borsunlu kəndində 1160 nəfər əhali yaşayır. Uzun illər yanacaq sarıdan çətinlik çəkən kənd sakinlərinin indi sevincinin həddi-hüdudu yoxdur. Çunki kəndlərinə “mavi alov” çəkilmiş, evlərinə hərarət, ocaqlarına istilik gəlmişdir”. 

Borsunlu kəndinə qaz  xəttinin çəkilişi ilə bağlı keçirilən tədbirdə bu sözləri Borsunlu kənd İƏD üzrə nümayəndə Xaləddin Qarayev söylədi.
Kənd icra nümayəndəsindən sonra çıxış edən ağsaqqal Vaqif Qədimov, sakinlərdən Məruzə İlyasova da öz sevinclərini tədbir iştirakçıları ilə bölüşərək, qış ərəfəsində kəndlərinə qaz çəkildiyi üçün cəbhə bölgəsində yaşayan sakinlər adından respublika Prezidentinə öz minnətdarlıqlarını bildirdilər.

Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Oktay Qarayev çıxış edərək kəndə təbii qazın verilməsi münasibəti ilə sakinləri təbrik etdi. Bildirdi ki, Borsunlu kəndinə 320 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmış, birpilləli sistem əsasında 23400 paqonometr uzunluğunda müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmişdir.
Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanda gedən sürətli sosial-iqtisadi inkişafdan, cəbhə bölgəsində yerləşən rayonlara, təmas xəttindəki kəndlərə göstərilən diqqət və qayğıdan danışdı. Bildirdi ki, indi kəndlərimizlə rayon mərkəzi arasında fərq aradan qaldırılır, su, qaz, işıq problemi yoxdur. Artıq rayon mərkəzi ilə yanaşı 30 kəndimiz qazla təmin olunub, 10 kəndimizdə isə qaz çəkilişi sürətlə davam etdirilir. Bütün görülən işlərin mərkəzində insan amili, onun maddi-rifah, sosial-məişət şəraitinin yaxşılaşdırılması durur.

Sonra rayon rəhbəri kənd sakinlərinin iştirakı ilə rəmzi məşəli alovlandırmış, kənd sakini Natiq Hüseynovun fərdi yaşayış evində təbii qazın alovlandırılmasında iştirak etmişdir.

pia.az




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar